
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi işğaldan azad edilən tarixi torpaqlarımızda da yenidənqurma işlərini davam etdirir.
Kəlbəcərdə də ən ucqar kəndlərə belə işıq çəkilir. Köhnə Sovet dövründən qalma xətlər yenisi ilə əvəzlənir. Hazırda Zar kəndi istiqamətində 35 Kv-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlanılıb. Xətlərin daşınması üçün dayaqlar basdırılır, xətlər çəkilir. Paralel olaraq Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır.
İzolyasiyalı kabellərin açıq xətlərlə müqayisədə üstünlükləri çoxdur. Yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma halları tez-tez baş verir. Əlavə olaraq meşə zolağından keçən hissədə ağacların budağının toxunması nəticəsində də açılmalar olur. Çətin relyefə malik belə yerlərdə baş verən qəzaların aradan qaldırılması da kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə belə problemlər yaranmır. Nəticədə abonent dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmaqla yanaşı itkilər də azalır. Üstəlik açıq kabellərdə mühafizə sonası 30 metr olmalıdır. Xətlərin onlarla kilometr uzunluğunda olduğunu nəzərə alsaq nə qədər boş torpaq sahəsi itkisi olduğunu təsəvvür etmək çətin deyil. İzolyasiyalı kabellərdə isə mühafizə zonası cəmi 4-6 metrdir. Bu da qəza baş verəcəyi halda texnikaların işləyə bilməsi üçün nəzərdə tutulub.
Cənab Prezident İlham Əliyevin 2022-ci il 26 iyun tarixində təməlqoyma mərasimində iştirak etdiyi Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir. Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir avadanlıqlarla təchiz ediləcək. Bu da gələcəkdə Kəlbəcərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq.
Xatırladaq ki, Azərişıq ASC tərəfindən 18 iyul 2020-ci tarixində Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin edilib.
Digər xəbərlər
- “Azərişıq” ASC Laçında yenidənqurma işlərini davam etdirir. 13 Noyabr 2023
- “Azərişıq” ASC nümayəndələri Zaqatalada sahibkarlarla görüşüb 17 İyun 2023
- Hadrutda “Azərişıq” ASC-nin nümayəndə heyəti 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələri ilə görüş keçirib 25 İyul 2023
- “Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı olub 05 May 2023
- “Azərişıq” ASC Ağdamda yenidənqurma işlərini davam etdirir. 29 Avqust 2023