İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması Səhmdar Cəmiyyətin əsas hədəflərindən biridir. Bu məqsədlə Səhmdar Cəmiyyət tərəfindən davamlı tədbirlər həyata keçirilir. Alınmış elektrik enerjisinin dəyərinin ödənilməsi, paylayıcı şəbəkənin saxlanılması, istismar xərclərinin, əmək haqlarının vaxtında ödənilməsi məqsədilə, istehlakçılar tərəfindən istifadə etdikləri elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi vacib əhəmiyyət kəsb edir. Bu istiqamətdə ödəniş zamanı baş verən gecikmələr paylayıcı şəbəkənin işinə ciddi mənfi təsir göstərir.
Bununla əlaqədar olaraq, Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən mütəmadi olaraq abonentlərin elektrik enerjisindən qənaətlə istifadəsinə, onun dəyərinin vaxtında ödənilməsi üçün təşviqat işləri və maarifləndirici tədbirlər həyata keçirilir. Belə ki, istehlak olunmuş elektrik enerjisi haqlarının vaxtında ödənilməməsinin enerji təchizatı müəssisəsinə və abonentlərə mənfi təsirləri izah edilir.
Abonentlərə təqdim edilən bildiriş xəbərdarlıqlarında istifadə edilən elektrik enerjisinin dəyərinin ödənilməsi, həmçinin, “Elektroenergetika haqqında” AR Qanunu və “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın müddəalarının tələbləri qeyd edilməklə istehlakçıların diqqətinə çatdırılır.
Digər xəbərlər
- “Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib 10 İyun 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 04 Mart 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026