Elektrik enerjisinin ölkədaxili tarifləri
№ | Xidmətlərin adı | Tariflər (ƏDV ilə, qəpik/kVts) |
I | II | III |
1. | İstehsalçıdan satınalma | |
1.1. | Özəl kiçik su elektrik stansiyaları üzrə | 5,0 |
1.2. | Külək elektrik stansiyaları üzrə | 5,5 |
1.3. | Digər alternativ və bərpa olunan mənbələr üzrə | 5,7 |
2. | Topdansatış | 5,7 |
2.1. | Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında polad əritmə istehsalı müəssisələri | |
2.1.1. | Gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər) | 5,8 |
2.1.2. | Gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər) | 2,8 |
3. | Tranzit ötürülmə | 0,2 |
4. | Pərakəndə satış | |
4.1. | Əhali | |
4.1.1. | aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün | 7,0 |
4.1.2. | aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün | 11,0 |
4.2. | Qeyri-əhali | 9,0 |
Qaynaq 1: http://www.tariffcouncil.gov.az/?/az/news/view/145/
Qaynaq 2: http://www.tariffcouncil.gov.az/?/az/news/view/152/
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 4
Bakı şəhəri, 3 may 2024-cü il
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Nazirlər Kabinetinin 21.11.2023 tarixli 422 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya”ya və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğləri təsdiq edilsin (əlavə olunur).
2. Qoşulma və elektrik enerjisinin təchizatı xidmətləri üzrə xərclərin uçotunun ayrı-ayrılıqda aparılması və qoşulma xidməti üzrə gəlir və xərclərə dair hər növbəti il ötən ilin faktiki, cari ilin proqnoz məlumatlarının İqtisadiyyat və Energetika nazirliklərinə təqdim edilməsi “Azərişıq” ASC-yə tapşırılsın.
3. Yüksək gərginlikli şəbəkədən qoşulma xidməti üzrə təkliflərin təqdim edilməsi “Azərişıq” ASC-yə tapşırılsın.
4. Bu Qərar 2024-cü il 3 iyun tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov