Hörmətli abonent!


Sizin mənzilinizdə, fərdi tikilinizdə,bağ evinizdə,ofisinizdə quraşdırılmış smart sms sayğacı inkişaf etmiş ölkələrdə tətbiq edilən və geniş texniki imkanlara malik müasir bir ölçü cihazıdır. Bu sayğacdan nə cür istifadə etmək, lazım olan məlumatları sayğacdan hansı yolla əldə etməkdən ötrü bu yaddaş kitabçası ilə yaxından tanış olmağınız vacibdir.


İlk öncə biləsiniz ki,

- Bu sayğac vasitəsilə siz istifadə etdiyiniz enerji sərfiyyatına şəxsən nəzarət edə biləcəksiniz. Yəni, yalnız ödədiyiniz məbləğ müqabilində enerjidən istifadə edəcəksiniz. Başqa sözlə, sizin bu kommunal xidmətlə bağlı aylıq ailə büdcənizi əvvəlcədən planlaşdırmaq imkanınız olacaqdır.

- Balansınızda mövcud olan kredit məbləği 5 AZN məbləğindən aşağı olduğu təqdirdə mərkəzi idarəetmə sistemi tərəfindən balansınızın azalması barədə sizə sms mesaj vasitəsi ilə məlumat veriləcəkdir.

- Ödənişi ölkəmizdə mövcud olan ödəniş sistemləri vasitəsi ilə

- Bank və poçt şöbələrindən, əhalinin sıx məskunlaşdığı ərazilərdə, metropolitendə, ticarət mərkəzlərində quraşdırılan PayPoint ödəmə maşınlarından, bankomatlardan və plastik kartlar vasitəsi ilə internet şəbəkəsindəki elektron-ödəmə resurslarından (Azerishiq.az, Azəricard, Goldenpay və s.) istifadə etməklə edə bilərsiniz.


Qeyd: Yeni quraşdırılmış smart sms sayğacların yaddaşına ilkin olaraq 5 AZN məbləğində kredit müəssisə tərəfindən yüklənir. Həmin məbləğ istifadə edilərək, Siz enerjiyə görə ilk ödəniş etdiyiniz zaman hesabınızdan tutulacaqdır.


Smart sayğaclardan istifadə qaydaları:


Saygacın  üzərindəki narıncı düyməni ardıcıl sıxmaqla sayğacın ekranındakı aşağıdakı məlumatları əldə edə bilərsiniz:


1. Sayğacdakı mövcud kredit məbləği (AZN)
9. Tarix
2. Sayğacın göstəricisi (kvts)
10. Saat
3. Tarif  STEEP 1. STEEP 2. STEEP 3
11. Axan yük (P faktiki)
4.Ehtiyat kreditin məbləği (AZN)
12. Gərginlik
5. Cari ay (məbləğ)
13. Cərəyan
6. Cari ay (kvts)
14. Neytral
7. Ötən ay (məbləğ)
15. Siqnal (Mobil şəbəkəni 1÷5 səviyyə ilə əks etdirir)
8. Ötən ay (kvts)



Əlavə olaraq, displeydə:

Low Kredit – balans 5 AZN dən aşağıdır.

Off kredit - balans bitib.

Qeyd. Sayğacın kredit məbləği bitdikdə sayğac elektrik enerjisinin verlişini avtomatik olaraq dayandıracaqdır!


Həmin anda ödəmə imkanı olmazsa - narahat olmağa dəyməz!  Çünki sayğacın üzərində olan narıncı  düyməni 4-5 saniyə ərzində sıxılı vəziyyətdə saxlamaqla ehtiyat kreditdən istifadə edə bilərsiniz.


Diqqət!

1. Ehtiyat kredit  5 AZN məbləğində müəyyən edilmişdir.

2. İstifadə olunan Ehtiyat kredit məbləği ödəniləcək məbləğdən tutulacaqdır.

3. Yeni quraşdırılmış smart sms sayğacların yaddaşına ilkin olaraq  5 AZN məbləğində kredit enerji təchizat müəssisəsi tərəfindən yüklənir. Həmin məbləğ siz enerjiyə görə ilk ödəniş etdiyiniz zaman hesabınızdan tutulacaqdır.


Unutmayın ki:

SMS  saygacların gövdəsindəki möhürlərin, birləşmə yuvalarının,qoşulma vasitələrinin,ekranının dəlici-deşici və ya hansı bir vasitə ilə zədələnməsi/sıradan çıxarılması hallarında dərhal Mərkəzi İdarəetmə Sisteminə sms-məlumat göndəriləcəkdir.


Yüksək  elektro-maqnit  nüfuzluguna malik cihaz və avadanlıqların sayğacın gövdəsinə  və ya qoşulma/birləşmə xətlərinə yaxınlaşdırılması –maqnit sahəsinə həssas sensor tərəfindən qeydə alınır, dərhal Mərkəzi İdarəetmə Sisteminə sms-məlumat göndərilərək elektrik enerjisi verilişi dayandırılır.


Sayğacın daxilindəki xüsusi sim-kart adi mobil telefonlarda istifadə üçün yararsızdır!