"Gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və əminəm ki, Azərbaycan qarşıdan gələn illərdə daha da güclü olacaq"
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
"Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin "Azərişıq" ASC üzrə ümumi icra vəziyyəti haqqında hesabat
“Azərişıq” ASC tərəfindən 2017-ci il ərzində 20450 ədəd Smart və SMS tipli, 174550 ədəd elektron tipli sayğaclar quraşdırılmışdır, 2500-dən artıq bağlantıda elektrik enerjisinin uçotu dəqiqləşdirilmişdir. Lakin qeyri-elektron və xəta ilə işləyən sayğacların dəyişdirilməsi üçün 1 milyon ədədə yaxın müasir tipli sayğacların quraşdırılmasına ehtiyac vardır. Regionların əksər hissəsinin 0,4 kV-luq açıq naqillərdən ibarət şəbəkəsində neqativ hallar (kənar istifadə) nəticəsində yaranan itkilərin aradan qaldırılması üçün 38239 km 0,4 kV-luq ÖİN kabellərin quraşdırılmasına ehtiyac vardır ki, bu işlərin görülməsinə böyük maliyyə vəsaiti lazımdır. Nazirlər Kabinetinin 14 mart 2017-ci il 202s saylı sərəncamına əsasən Enerji satışından daxilolmaların yalnız 15 %-i “Azərişıq” ASC-yə ayrıldığından cəmiyyətin daxili imkanları hesabına görülməsi qeyri mümkündür
Master Plan çərçivəsində “Azərişıq” ASC tərəfindən 2017-ci il ərzində 110 kV-Iuq elektrik şəbəkələri üzrə 6 ədəd yarımstansiyanın tikilib və yenidən qurulub, 88,4 km elektrik verilişi xətlərinin çəkilişi, 35 kV-Iuq elektrik şəbəkələri üzrə 11 ədəd yarımstansiyanın tikintisi, 221,6 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilmiş, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 705 ədəd yarımstansiya tikintisi, 854,5 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilmiş, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 2182,7 km ÖİN xətlərinin tikintisi həyata keçirilmişdir. Respublikada aparılan iri layihələrin Bakı Metropoliteni stansiyaların, “Ağ Şəhər” layihəsinin, “Aypara Şəhərciyi” kompleksinin, Port Baku Tower-2 layihəsinin, Füzuli meydanı ətrafının, Rayon İcra Hakimiyyətləri tərəfindən inşa edilən yaşayış komplekslərinin, Mikrorayonlarda köhnə binalarının əvəzinə yeni çoxmərtəbəli yaşayış binalarının, Bakı şəhəri üzrə sosial təyinatlı binaların, “Xəyal adası” kompleksinin, Yüksək Texologiyalar Parklarının, Kənd təsərrüfatının inkişafının, Sənaye məhəllələrinin, Aqro və Texno parkların tələb etdikləri güclərin 4000 MVt-dan yuxarı olması və bu güclərin istismar müddətini keçmiş, yük ötürmə imkanları az olan, şəbəkələr vasitəsi ilə yerinə yetirilməsi mümkün deyildir.
Bakı şəhərində 110 kV-luq dairəvi elektrik təchizatı sisteminin yaradılması istiqamətində 2017-ci ilin birinci yarımilliyində təkmilləşdirmə işlərinin davamı olaraq “Ağ Şəhər” layihəsinin 1-ci hissəsi üzrə “Həzi Aslanov” və “Ağ şəhər-1” yarımstansiyaları arasında 2 dövrəli 110 kV-luq kabel xətləri quraşdırılmışdır. Layihənin 2-ci hissəsinin tam başa çatdırılması ( “Liman” yarımstansiyasında 2 ədəd 110 kV-luq yuvanın quraşdırılması və mühafizə sisteminin qurulması, 110 kV-luq “Ağ Şəhər-2” yarımstansiyasının tkintisi, avadanlıqların quraşdırılması, “Ağ Şəhər-1” – “Ağ Şəhər-2” 110 kV-luq 2 dövrəli kabel xəttinin çəkilməsi, 35/0,4 kV-luq 3 ədəd transformator məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq kabel xətlərinin çəkilməsi) üçün 34,0 milyon manat vəsait tələb olunur ki, bu məqsədlə dövlət büdcəsindən 1/3 hissəsi, yəni 11,5 milyon manat ayrılmış və təyinatı üzrə istifadə olunmuşdur. “Ağ şəhər-2” layihəsi üzrə işlərin davam etdirilməsi qalan maliyyə vəsaitin ayrılmasına ehtiyac vardır. Əks halda “Ağ Şəhər” layihəsinin 2-ci hissəsinin təhvil verilməsində risklər yaranır. Bakı şəhəri üzrə 110 və 35 kV-luq dairəvi təchizat sxemlərinə aid elektrik veriliş xətlərində və yarımstansiyalarında rele və avtomatika sistemləri yoxlanılmış və tənzimlənərək təkmilləşdirilmişdir. Bakı şəhərini elektrik enerjisi ilə təmin edən 220 kV-luq “Səngəçal”, “Müşfiq”, “Xırdalan”, “Nizami”, “Hövsan” qovşaq yarımstansiyaları və Şimal Elektrik Stansiyası öz aralarında əlaqələndirilərək “Azərişıq” ASC tərəfindən 110 kV-luq 6-cı yeni dairəvi təchizat sxemi yaradılmışdır. 110 kV-luq yarımstansiyalarda yüklərin bir mənbədən digər mənbəyə ötürülməsi üçün 35 kV-luq dairəvi elektrik təchizatı sisteminə yeni yaradılan 67 ədəd elektrik təchizat sxemi daxildir. Bununla yanaşı “Azərişıq” ASC-nin yarandığı dövrdən Respublikanın 28 rayonu və rayon mərkəzlərini 110 və 35 kV-luq yeni yaradılan dairəvi elektrik təchizat sxemləri vasitəsi ilə əlaqələndirilmişdir. 3 ədəd 110 kV-luq YS-da, 6 ədəd 35 kV-luq YS-da tutum cərəyanlarının məhdudlaşdırılması üçün müvafiq texniki tədbirlər görülmüşdür. 3 ədəd 110 kV-luq yarımstansiya SCADA sisteminə qoşulmuşdur. Paylayıcı şəbəkənin idarə olunması imkanlarının dahada genişləndirilməsi və təkmilləşdirilməsi üçün mövcud SCADA sisteminin bazasının imkanlarının artırılması işləri həyata keçirilməkdədir.
“Azərişıq” ASC tərəfindən Elektron Xəritə üzərindən İdarəetmə Sistemi (EXİS) yaradılmış və 2017-ci ildə ŞAİS-in “ASAN xidmət”in elektron sisteminə inteqrasiya edilərək sistem üzərindən elektron xidmətlərin göstərilməsi və ŞAİS vasitəsi ilə göstərilən elektron xidmətlərin sayının artırılması, elektrik təchizatı şəbəkəsinə qoşulma nöqtələrində şəbəkənin sərbəst güclərinin ŞAİS üzərindən internet səhifəsində yerləşdirilməsi təmin olunmuşdur. Avtomatlaşdırılmış idarəetmə sisteminin əhəmiyyəti müəssisənin istismar fəaliyyəti, onun sahələri, avadanlıqlar, materiallar, funksional bölmələr, o cümlədən insan resursları, mühasibatlıq və nəqliyyatın, fəaliyyət haqqında qrafik və mətn məlumatlarının sistemin informasiya bazasında toplanaraq məsafədən idarəetməklə nəzarət olunma, işəsalma, dayandırma, yönləndirmə və s. əməliyyatların sistem vasitəsilə həyata keçirilməsidir. Məlumatların qəbul edilməsi, emal edilməsi, yığılması, təhlili, yenilənməsi, istifadəçiyə ötürülməsi, qorunması, arxivləşdirilməsi və bütün bu proseslərin idarə olunması real vaxt rejimində aparılır. Elektron Xəritə üzərində İdarəetmə Sistemindən (EXİS) gözlənilən nəticələr: • EXİS-in Elektron Hökümət sisteminə inteqrasiyası; • EXİS-in “ASAN xidmət”ə bağlanması və sistem üzərindən elektron xidmətlərin göstərilməsi; • İstehlakçıların “Azərişıq” ASC-yə birbaşa onlayn müraciəti zamanı şəffaflığın təmin olunması, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədilə EXİS vasitəsi ilə göstərilən elektron xidmətlərin sayının artırılması. ETŞ-yə qoşulma nöqtələrində şəbəkənin sərbəst güclərinin EXİS üzərindən internet səhifəsində yerləşdirilməsi; • “Azərişıq” ASC üzrə texniki bazanın EXİS üzərindən təminat və təchizat planının aparılması; • SCADA sisteminin EXİS ilə əlaqələndirilməsi və mövcud vəziyyətin dəqiq qiymətləndirilərək açılmalara səbəb ola biləcək qəzalar üzrə qabaqlayıcı tədbirlərin görülməsi; • “Azərişıq” ASC-nin nəqliyyat xidmətinin EXİS üzərindən naviqasiya ilə idarə olunması; • Perspektiv planların sistem tərəfindən aparılan analizə uyğun tərtib olunması; • İstehlakçıların dayanıqlı, fasiləsiz və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması üçün EXİS üzərindən paylayıcı şəbəkələrin gərginlik siniflərinə uyğun olaraq dairəvi sxemlərin qurulması; • EXİS üzərindən məhəllə planına uyğun aparılan yenidənqurma, əsaslı təmir və cari təmir işlərinin fiksasiyası; • Digər dövlət qurumları ilə məlumat mübadiləsinin EXİS üzərindən qurulması (misal üçün Fövqəladə Hallar Nazirliyi və ya Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tərtib olunan yenidən qurulan ərazilərin müfəssəl planının tərtibatı zamanı EXİS-dən istifadə olunması).
2017-ci il “Azərişıq” ASC tərəfindən 0,4 kV-luq şəbəkənin və uçotun bərpası ili elan edilmişdir. Bu istiqamətdə işlər Respublikanın 51 rayonunun 181 kənd və qəsəbələrində aparılmaqdadır, 29 kənddə bu işlər yekunlaşmışdır. 16600 abonentin elektrik uçotu sistemi yenidən qurulmuşdur. Bu məqsədlə 1000 km-dən çox ÖİN xətləri çəkilmişdir. Asiya İnkişaf Bankı tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına Respublikanın 13 rayonunun 142 kəndində 2313 km ÖİN xətləri çəkilmiş, 58900 abonentin uçot sistemi bərpa olmuşdur. İtkilərin azaldılması üçün texniki və təşkilatı tədbirlər həyata keçirilməklə ilk növbədə elektrik enerjisi itkiləri daha çox olan şəbəkələr seçilərək layihələndirilmiş, gərginlik hədlərinə uyğun güc mərkəzləri, elektrik veriliş xətlərinin məsafələri normalara uyğun tikilmişdir. Yüklərin simmetrik paylanması üçün tədbirlər həyata keçirilmiş, tələb olunan güclərə uyğun elektrik şəbəkələrinin gərginlik sinfi dəyişdirilmişdir.