Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

1944-cü ildən indiyədək Bakı Paylayıcı Elektrik Şəbəkəyə rəhbərlik etmiş şəxslər haqqında məlumatları diqqətinizə çatdırırıq.


Əhmədov Vüqar Cəbrayıl oğlu

2015-ci ildən 2020-ci ilədək “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb. 2020-ci il yanvarın 7-də Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin edilib.


Rzayev Baba Hüseynağa oğlu

2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. 2015-2018 -ci illər ərzində “Azərişıq” ASC-nin sədri vəzifəsində işləyib. Hazırda "Azərenerji" ASC-nin prezidenti vəzifəsində çalışır.


Rzayev İdris Cəlil oğlu

Noyabr 2001-ci ildən - 31 dekabr 2001-ci il dövründə "Bakıelektrikşəbəkə" ATSC-nin İdarə Heyyətinin sədri işləyib.


Pirverdiyev Etibar Sinabəddin oğlu

İyun 2000-ci - noyabr 2001- ci illər "Bakıelektrikşəbəkə" ATSC-nin İdarə Heyyətinin sədri işləyib.


Ələsgərov Yusif

1998-2000-ci illər "Bakıelektrikşəbəkə İstehsalat Birliyi"nin Baş direktoru işləyib.


Abdullyaev İbrahim Hüseyn oğlu

1988-1998-ci illər "Bakıelektrikşəbəkə İstehsalat Birliyi"nin Baş direktoru işləyib.


İsayev Nəriman Agaxan oğlu

1986-1988-ci illər "Bakıelektrikşəbəkə" İstehsalat Birliyi"nin Baş direktoru vəzifəsində işləyib.


Əlizadə Müseyib Əli İsgəndər oğlu

1953-1986-cı illər "Bakı şəhəri Elektrik Şəbəkəsi"nin direktoru işləyib.


Rüstəmov Surxay

1951-1953-cü illər "Bakı şəhəri Elektrik Şəbəkəsi"nin direktoru işləyib.


Qədirov Heybət Həsən oğlu

1949-1951-ci illər "Bakı şəhəri Elektrik Şəbəkəsi"nin direktoru işləyib.


Hüseynov Pir-Məmməd Məlik Əhməd oğlu

1944-1949-cu illər "Bakı şəhəri Elektrik Şəbəkəsi" İdarəsinin direktoru vəzifəsində işləyib.