“Azərişıq” ASC göstərilən xidmətlərin istehlakçlara əlçatan olması və operativliyin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu xidmətlərdən biri də abonentlərin elektrik təchizatı şəbəkəsinə (ETŞ) qoşulmasının təmin edilməsidir. Həmin məqsədin icrasının surətləndirilməsi üçün Cəmiyyətin www.azerishiq.az internet səhifəsində “Elektrik şəbəkəsinə qoşulma” və “Elektron işıq portalı” elektron bölmələri yaradılmışdır. Həmin bölmələrdə, ETŞ-yə qoşulma üçün müraciət etmə qaydaları, müraciətlərin icra mexanizmləri (daxili qaydalar), o cümlədən tələb olunan sənədlərin siyahısı barədə məlumatlar öz əksini tapır.
Cəmiyyət tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə Elektron Hökümət Portalına inteqrasiyası davam etdirilir, elektron platforma üzərindən “online” qəbul və nəzarət sistemi tətbiq edilir. Belə ki, istehlakçılar “e-gov.az” və ya “e-service.azerishiq.az” saytından onlayn qaydada müraciət etməklə Cəmiyyətin bir çox elektron xidmətlərindən yararlana bilərlər. Elektrik təchizatı şəbəkəsinə qoşulmanın istehlakçılara daha rahat və əlçatan olması üçün sahibkarlıq subyektlərinin ETŞ–yə elektron şəkildə qoşulması prosedurları üzrə video təlimat hazırlanmış, “Azərişıq” ASC-nin rəsmi səhifəsinə yüklənmiş və sosial şəbəkələrdə olan səhifələrində yayımlanmışdır.
Digər xəbərlər
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 10 İyun 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 12 Mart 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026