Ölkə ərazisində dağlıq rayonlara yağan aramsız qar cənub regionunda, xüsusi ilə də Lerik rayonunun bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb. Buna səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır. Qar bağlayan yollarda bir neçə gündür nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır. Artıq bir çox kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 20 Fevral 2026
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- Astara və Qəbələnin bu ərazilərində fasilə yaranacaq 01 İyun 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 25 Fevral 2026