Son onillikdə dünyanın qabaqcıl ölkələrinin enerji təsərrüfatında Smart Grid texnologiyası istifadə olunur və bu sahə günü gündən daha da inkişaf etdirilir. Smart Grid konsepsiyası, müasir monitorinq, idarəetmə, rabitə və məlumatlandırma texnologiyalarından istifadə edərək, yüksək etibarlılıq, təhlükəsizlik və iqtisadi səmərəliliyin təmin edilməsinə yönəlib. Smart Grid anlayışı, enerji istehsalçısından istehlakçıya elektrik enerjisinin çatdırılması üçün geniş texnoloji prosesləri, müasir informasiya və kommunikasiya texnologiyaları, innovativ avadanlıqları və tətbiqlər kompleksini əhatə edir. Bu elementlər bir-biri ilə qarşılıqlı əlaqə quraraq, vahid intellektual enerji təchizatı sistemini formalaşdırır. Elektrik şəbəkələrinin bütün idarəetmə sistemləri, məlumatların toplanması və dispetçer idarəetməsi üçün əsas platforma kimi SCADA sistemlərindən istifadə edilir. Bu sistemlərin funksionallığı əlavə komponentlər və tətbiqlərlə genişləndirilir.
SCADA sistemlərinin müxtəlif gərginlik səviyyələrində enerji təchizatının səmərəliliyinin artırılması, avtomatlaşdırma səviyyəsindən və enerji sisteminin spesifikasiyasından asılı olaraq dəyişə bilər.
Paylayıcı şəbəkələrdə SCADA-nın istifadəsi, qəzaların lokallaşdırılması və operativ aradan qaldırılmasını təmin edir. Diaqnostika və xidmət proseslərinin avtomatlaşdırılması, əməliyyat xərclərini azaldır. Operativ idarəetmə və nəzarət sayəsində şəbəkələrdə elektrik enerjisi itkiləri azalır.
SCADA paylayıcı şəbəkələrin monitorinqi və idarəolunmasını təmin edir ki, bu da elektrik enerjisi fasilələrinin sayını azaldır. Transformatorlar və elektrik xətləri arasında yükün avtomatik yenidən paylanması (ötürmə və paylanmanın optimallaşdırılması) sayəsində şəbəkələrin ötürücülük qabiliyyəti arta bilər.
Digər xəbərlər
- Elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borcların aradan qaldırılması ilə bağlı şəbəkə ilə abonent arasında hüquqi tənzimləmələr 11 Mart 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul edib 19 Yanvar 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026