Müasir texnologiyaların paylayıcı şəbəkəyə tətbiqi debitor borcların azaldılması, enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Debitor borcların azaldılması istiqamətində mühüm addımlardan biri yeni nəsil ağıllı sayğacların quraşdırılması işinin daha geniş miqyasda tətbiqidir. Belə sayğacların tətbiqi sayğac göstəricilərinin oxunmasında yüksək dəqiqliyi təmin edir, qanunsuz qoşulmaların və kənar müdaxilə hallarının minimuma endirilməsinə şərait yaradır. Həmçinin istehlakçı karta yüklədiyi vəsait həcmində elektrik enerjisi alır ki, bu da əlavə debitor borcun yaranmasının qarşısını alır.
Səhmdar Cəmiyyət tərəfindən infrastrukturun və idarəetmə sistemlərinin modernləşdirilməsi daim nəzarətdə saxlanılır. Rəqəmsal platformalar abonentlərə daha çevik xidmət göstərilməsinə şərait yaratmaqla yanaşı, debitor borcların azalmasına da töhfə verir.
Təchizatçı şəbəkə tərəfindən debitor borcların azaldılmasına və aradan qaldırılmasına yönələn tədbirlər sistemli xarakter daşıyır və ardıcıl şəkildə həyata keçirilir.
Digər xəbərlər
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər “Azərişıq” ASC -nin əsas hədəflərindən biridir 21 Yanvar 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 12 Mart 2026
- Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 01 May 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 12 May 2026