“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin missiyası istehlakçıları fasiləsiz, keyfiyyətli, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təmin etməkdir.
İstehlakçılarla təchizatçı şəbəkə arasında “Elektroenergetika haqqında” qanunun və “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələblərinə əsasən qarşılıqlı münasibətləri tənzimləyən alqı-satqı müqaviləsi bağlanılır. Tərəflər müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar. Təchizatçı şəbəkə üçün vəzifə öhdəliyindən biri də satılan elektrik enerjisi dəyərinin yığımını təşkil etməkdir. Bununla yanaşı, istehlakçılar istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında və tam ödəməyə görə məsuldur.
Elektrik enerjisinin dəyərini vaxtında və tam ödəmə, cəmiyyətə və social-ictimai mühitə olan məsuliyyətin bir hissəsi kimi qəbul edilə bilər. Bu, enerjidən istifadəni daha məsuliyyətli və davamlı edir. Həmçinin, fasiləsiz elektrik enerjisi ilə təmin edilmənin və xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması, eyni zamanda elektrik şəbəkələrində müasir texnologiyaların tətbiqinə şərait yaratmaqla maddi-texniki bazanın müasirləşdirilməsini və uzunmüddətli iqtisadi səmərəliliyə töhfə verir.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Mart 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026
- Elektrik enerjisinə qənaət etməyin əhəmiyyəti və bu istiqamətdə görüləcək ümdə tədbirlər 15 Aprel 2026
- Səbail rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 May 2026