"Azərişıq” ASC Elektron Hökumət Portalı üzərindən abonentin elektrik enerjisi istehlakı barədə məlumatı elektron arayış şəklində təqdim edilməsi xidmətini həyata keçirir.
Beləliklə, məmur-abonent təması aradan qaldırılır və vətəndaş olduğu yeri tərk etmədən Elektron Hökumət Portalı vasitəsilə elektrik enerjisi istehlakı barədə məlumat əldə edə bilir.
Müştəri məmnunluğunun təmin edilməsi məqsədilə, Səhmdar Cəmiyyətin təqdim etdiyi bu xidmət elektrik enerjisi istehlakı və ödənişləri barədə məlumat əldə etmək istəyən abonentlər üçün mühüm əhəmiyyət kəsb edir.
Səhmdar Cəmiyyətin rəsmi saytı vasitəsilə də, abonentlər elektrik enerjisi istehlakı barədə məlumatları əldə edə bilərlər. Həmçinin, mobil telefon vasitəsilə də bu məlumatları əldə etmək mümkündür. Bununla yanaşı, abonentlərin mobil əlaqə nömrəsinə, aylıq istifadə edilən elektrik enerjisi sərfiyyatı barədə məlumatın göndərilməsi imkanı yaradılmışdır. Belə ki, abonent şəxsi kabinetdə mobil əlaqə nömrəsini qeyd edir və istehlak etdiyi aylıq elektrik enerjisi sərfiyyatı barədə məlumat sms vasitəsilə abonentə göndərilir.
Qeyd edək ki, abonent məmnunluğunun artırılması istiqamətində Səhmdar Cəmiyyət tərəfindən ardıcıl olaraq işlər davam etdirilir.
Digər xəbərlər
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- 11 illik etibarlı və keyfiyyətli xidmətin bəhrəsi – “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkələrini yeniləyir 10 Fevral 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Mart 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026