10 fevral – “Azərişıq” ASC-nin yaranmasının 11 ili tamam olur. Cənab Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Həmin tarixdən etibarən paytaxtla yanaşı həm də regionların paylayıcı şəbəkələrinin idarəsi Azərişığa həvalə olunub. 11 illik fəaliyyəti dövründə “Azərişıq” ASC paytaxt və regionlarla yanaşı işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda elektrik təsərrüfatının yenilənməsi, əsaslı təmir-bərpa işləri həyata keçirib. 6 il ərzində azad olunan bütün rayonlarımızda yeni, müasir elektrik şəbəkələri yaradılıb, doğma yurdlarına köçən sakinlər keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Yenidənqurma və təmir-bərpa işləri bu gün də uğurla davam etdirilir.
Digər xəbərlər
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 05 May 2026