İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, eləcə də paylayıcı şəbəkədə müasir texnologiyaların tətbiqi “Azərişıq” ASC-nin fəaliyyətinin başlıca məqsədlərindəndir.
Bu istiqamətdə yüksək fəaliyyət səviyyəsinin qorunub saxlanılması üçün abonentlər tərəfindən istehlak edilən elektrik enerjisinin dəyərinin vaxtında və tam ödənilməsi, enerji itkilərinin azaldılması, debitor borcların yığılması və enerji səmərəliliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan məqamlar arasında elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borclar Səhmdar Cəmiyyətin fəaliyyətinə mənfi təsir göstərən amillərdən biridir.
Debitor borcların azaldılması istiqamətində həyata keçirilən tədbirlər sırasında yeni nəsil, müasir smart sayğacların quraşdırılması xüsusi yer tutur. Belə sayğacların tətbiqi qanunsuz qoşulmaların və kənar müdaxilələrin aşkarlanmasını xeyli asanlaşdırır. Ən başlıcası isə istehlakçı karta yüklədiyi vəsait həcmində elektrik enerjisi alır. Əgər onun borcu mövcuddursa, yüklənən vəsaitin bir hissəsi həmin borcun ödənilməsinə yönəldilir. Bu tip sayğacların quraşdırılması Səhmdar Cəmiyyət tərəfindən ardıcıl şəkildə həyata keçirilir və eyni zamanda enerji itkilərinin azaldılmasına da müsbət təsir göstərir.
Növbəti illərdə istismar müddəti başa çatmış sayğacların yeni, müasir sayğaclarla əvəz olunması, həmçinin quraşdırılan sayğaclar arasında smart sayğacların payının artırılması debitor borcların yığılması istiqamətində Səhmdar Cəmiyyətin daha böyük hədəflərə nail olmasına şərait yaradacaq.
Smart sayğacların üstünlükləri barədə Səhmdar Cəmiyyət tərəfindən istehlakçılar arasında davamlı maarifləndirmə işləri aparılır.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 16 Aprel 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 20 Fevral 2026