Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 4-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:30-dan saat 13:30-dək rayonun Kərgəlan, Lüvəsər, Xanbulan, Daştatük, Bürcəli, Qurumba, Rvo, Şovu, Şağlaküçə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Fevral 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib 24 Aprel 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026
- Elektrik enerjisinə qənaət etməyin əhəmiyyəti və bu istiqamətdə görüləcək ümdə tədbirlər 15 Aprel 2026