Ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması üçün sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə daha asan qoşulması istiqamətində ciddi tədbirlər görülür. Həyata keçirilən təbirlər nəticəsində məmur-vətəndaş təmasının aradan qaldırılmasına baş verən proseslərin şəffaf icrasına zəmin yaradır.
“Elektrik enerjisi təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması, habelə bu sahədə istehlakçı hüquqlarının qorunması ilə əlaqədar daxili qaydalar” , Cəmiyyətin rəsmi internet səhifəsində ictimaiyyətə çatdırılmaq məqsədilə yerləşdirilmişdir. (https://www.azerishiq.az/upload/files/jurnal/daxili_qaydalar.pdf)
“Elektrik enerjisinin təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması və bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair daxili qaydalar” elektrik enerjisı təchizatı sahəsində istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə, Azərbaycan Respublikasının qüvvədə olan normativ-hüquqi sənədlərinin tələblərinə uyğun olaraq hazırlanmışdır. İstehlakçılarla enerji təchizatı şəbəkəsi arasında hüquqi münasibətlər, müvafiq sahədə normativ–hüquqi aktların tələblərinə, həmçinin iki tərəf arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən tənzimlənir.İstehlakçıların müraciətləri "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun və digər qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq baxılır.
Istehlakçılar sosial şəbəkələr vasitəsilə, azerishiq.az saytı üzərindən, “199 Çağrı mərkəzi”nə zəng etməklə, habelə müraciətlərini yazılı şəkildə Cəmiyyətin elektron poçt (info@azerishiq.az) ünvanına göndərməklə, “Müştəri xidmətləri idarəsi”nə yazılı şəkildə müraciət edə bilərlər.
Digər xəbərlər
- Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 Fevral 2026
- Şimal-Qərb regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 13 Yanvar 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- “SİMA” yeni nəsil rəqəmsal imzanın tətbiqi, istehlakçıların elektrik şəbəkəsinə qoşulma prosesinə təsiri 16 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 09 Fevral 2026