"Azərişıq" ASC tərəfindən vətəndaş məmnuniyyətinin artırılması və informasiya əlçatanlığının daha da genişləndirilməsi məqsədilə daim innovativ və texnoloji yeniliklər tətbiq olunur. Bu həllərə misal olaraq, "Azərişıq" ASC-yə məxsus informasiya sistemlərinin SİMA yeni nəsil rəqəmsal imzaya inteqrasiyası həyata keçirilmişdir. Bu texnoloji yenilik enerji təchizatı şəbəkəsinə qoşulma istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Belə ki, istehlakçılar üçün artıq mövcud məkanı tərk etmədən enerji təchizatı şəbəkəsinə qoşulma müqaviləsini SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə təsdiqləmək imkanı yaranmışdır.
Növbəti mərhələdə isə enerji təhizatı şəbəkəsinə qoşulma, əhali və qeyri-əhali istehlakçılarının adının dəyişdirilməsi xidmətləri üzrə enerji alqı-satqı müqavilələrinin də SİMA yeni nəsil rəqəmsal imza ilə təsdiqlənməsi istiqamətində işlər aparılır.
Digər xəbərlər
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 12 May 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 16 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026