“Azərişıq” ASC rəhbərinin sərəncamı ilə xüsusi işçi qrupu yaradılıb və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində növbətçilik əsasında əməkdaşlar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Təmas xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə mal-material göndərilib. Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarımızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.
Tovuzun Ağdam kəndinə erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xətlərinin zədələnməsinə səbəb olub. Və ərazidə olan “Azərişıq” ASC əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edib. Hazırda kəndin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur.
“Azərişıq” ASC əməkdaşları ön cəbhədə düşmənə sarsıdıcı zərbələr endirən qəhrəman əsgərlərimizlə çiyin-çiyinə dayanmaqdan qürur duyur!
Digər xəbərlər
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib 18 Aprel 2023
- “Azərişıq” ASC Laçında yenidənqurma işlərini davam etdirir 30 İyun 2023
- “Azərişıq” ASC Şuşada beynəlxalq elmi-praktiki konfrans keçirdi. 16 Mart 2023
- “Azərişıq” ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırıb 28 May 2023
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Samux rayonunda vətəndaşları qəbul edib. 22 İyun 2023