Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 21 avqust tarixində 35/6 kV-luq 80 saylı yarımstansiyada hava və kabel xətlərində, Tranformator Məntəqələri (TM), Komplekt Transformator Məntəqələrində (KTM) təmir-təftiş və gücləndirmə işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:30-dan 14:30-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında yerləşən yaşayış massivlərində, eləcə də Matodrom adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 10 Fevral 2026