“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir. Artıq bu gündən etibarən "Facebook" və "İnstagram" vasitəsilə canlı bağlantı, eləcə də "Whatsapp" üzərindən müraciətlərin qəbulu həyata keçirilir.
Cari ayın 29-dək Səhmdar Cəmiyyət tərəfindən onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcəkdir. Əsasən, yeni whatsapp nömrəmiz üzərindən “Azərişıq” ASC-nin göstərdiyi bütün xidmətlər barəsində məlumat ala bilərsiniz. Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq rəsmi Facebook və İnstagram səhifələrində canlı bağlantı həyata keçiriləcək. Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını bizə sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər. Həmçinin, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcəkdir. Vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini təyin olunmuş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı “199” Çağrı Mərkəzi, Facebook, İnstagram, info@azerishiq.az və whatsapp nömrəmizə də yönləndirə bilərlər.
Whatsapp nömrəmiz: +994772176762
Facebook səhifəmiz: Azərişıq ASC
İnstagram səhifəmiz: Azərişıq ASC
Digər xəbərlər
- “Azərişıq” ASC-nin gənc mütəxəssisləri Kazanda keçirilən beynəlxalq tədbirdə iştirak ediblər 10 Aprel 2025
- “Azərişıq” ASC Gədəbəyin bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir 31 İyul 2025
- “Azərişiq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana media-tur təşkil edib 07 Fevral 2025
- İsmayıllıda gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 02 Sentyabr 2025
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 04 Noyabr 2025