Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC işğaldan azad olunmuş regionlarımızda yenidənqurma işlərini davam etdirir.
Yüksək dağlıq relyefə, çətin yollara sahib Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində obyektlərə işıq verilib. Bu istiqamətdə 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən istifadə etməklə 22 km uzunluqda xətt çəkilib. 700-dən çox dayaq basdırılıb. 250 kVA gücündə Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Artıq Zod yaşayış məntəqəsi istiqamətində xüsusi obyektlər elektrik enerjisi ilə təmin olunub.
Xatırladaq ki, Azərişıq ASC tərəfindən 18 iyul 2021-ci il tarixində Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin edilib. Sovet dövründə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə belə yeni şəbəkələr qurulub. Yüksək dağlıq ərazidə yerləşən Alagöllərə ilk dəfə elektrik enerjisi verilib.
26 iyun 2022-ci ildə cənab Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. İşlər bu gün də uğurla davam etdirilir.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- 11 illik etibarlı və keyfiyyətli xidmətin bəhrəsi – “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkələrini yeniləyir 10 Fevral 2026
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 26 Yanvar 2026