Müştəri məmnunluğunun təmin edilməsi məqsədilə, "Azərişıq” ASC tərəfindən təqdim edilən xidmətlərin elektronlaşdırılması abonentlər üçün mühüm əhəmiyyət kəsb edir.
Bu məqsədlə, Səhmdar Cəmiyyət Elektron Hökumət Portalı üzərindən abonentin elektrik enerjisi istehlakı barədə məlumatı elektron arayış şəklində təqdim edilməsi xidmətini həyata keçirir. Beləliklə, vətəndaş olduğu yeri tərk etmədən Elektron Hökumət Portalı vasitəsilə elektrik enerjisi istehlakı barədə məlumatı edə bilir.
Səhmdar Cəmiyyətin rəsmi saytı vasitəsilə abonentlər elektrik enerjisi istehlakı barədə məlumatları əldə edə bilərlər. Habelə, mobil telefon vasitəsilə də bu məlumatları əldə etmək mümkündür. Bununla yanaşı, abonentlərin mobil əlaqə nömrəsinə aylıq istifadə edilən elektrik enerjisi sərfiyyatı barədə məlumatın göndərilməsi imkanı yaradılmışdır. Abonent öz şəxsi kabinetində mobil əlaqə nömrəsini qeyd edir və istehlak etdiyi aylıq elektrik enerjisi sərfiyyatı barədə məlumat sms vasitəsilə abonentə göndərilir.
Qeyd edək ki, abonent məmnunluğunun artırılması istiqamətində Səhmdar Cəmiyyət tərəfindən ardıcıl olaraq işlər davam etdirilir.
Digər xəbərlər
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib 24 Aprel 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026