“Azərişıq” ASC Almaniyanın Hannover şəhərində keçirilən “HANNOVER MESSE-2022” sərgisində təmsil olunub.
“HANNOVER MESSE-2022” beynəlxalq sərgisi dünya miqyasında qabaqcıl sənaye texnologiyalarının nümayişi üzrə ən əhəmiyyətli tədbirlərindən biridir. Bu sərginin əsas predmeti hazırda sənaye və biznesin sürətli inkişafı üçün açar meyarlar hesab olunan - rəqəmsallaşma və davamlılığa yönəldilmişdir. Sərgidə “Amazon Web Services” (AWS), “Baumüller Nürnberg”, “Schneider Electric”, “İnter Systems”, “Smart Factory”, “Siemens” və s. kimi qabaqcıl dünya şirkətləri iştirak edib.
“Azərişıq” ASC-nin təmsil etdiyi stenddə təqdim olunan istiqamətlər:
1.İşğaldan azad olunmuş ərazilərdə tətbiq olunan yeni texnologiyalar və innovasiyalar.
Şuşa şəhərində yeni Rəqəmsal İdarəetmə Mərkəzi və müasir ikipilləli 35/0,4kV-luq şəbəkənin tətbiqi, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi və s.
2.“Azərişıq” ASC-nin fəaliyyəti, innovativ enerji həlləri və naliyyətləri.
“Azərişıq” ASC-nin ölkə əhalisini fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və yüksək səviyyəli xidmət göstərmək məqsədilə son illərdə həyata keçirdiyi yeni innovativ fəaliyyətin istiqamətləri, o cümlədən genişmiqyaslı yenidənqurma və təmir işləri, ağıllı (smart) sayğacların quraşdırılması, yeni yarımstansiyaların və Transformator Mərkəzlərinin tikintisi haqqında video çarx və bülletenlər sərgi ziyarətçilərinə təqdim olunub.
Qeyd olunan sərgidə energetika sahəsinə dair rəqəmsal enerji, enerji səmərəliliyi, yaşıl enerji həlləri, neytral karbon istehsalı və enerji təchizatı, hidrogen və yanacaq məhsullarının istismarı kimi mövzular əhatə olunub.
Sözügedən tədbirdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti digər sərgi iştirakçıları Katko, Shandong, b2Eelectronics, Industria Metalurgica şirkətləri ilə eyni bölmədə yer alıb.
Digər xəbərlər
- Şəmkirin Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. 23 Yanvar 2023
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “AzərEnerji” birgə ağacəkmə aksiyası keçirib. 23 Fevral 2023
- “Azərişıq” ASC Qərb regionunda yenidənqurma işlərini davam etdirir. 24 İyun 2023
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Balakən şəhərində vətəndaşları qəbul edəcək. 05 Aprel 2023
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 06 Yanvar 2023