Xidmət keyfiyyətinin yüksəldilməsi, innovativ həllərin və texnoloji yeniliklərin tətbiqi istiqamətində Səhmdar Cəmiyyət tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, vətəndaş məmnunluğunun və informasiya əlçatanlığının artırılması məqsədilə, elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosedurunun asanlaşdırılması istiqamətində atılan mühüm addımdır.
“Azərişıq” ASC tərəfindən hazırlanıb tətbiq edilən elektron xəritə sisitemi kommunal xidmətlər sahəsinin perspektiv rəqəmsallaşdırması üçün böyük imkanlar yaradır. Belə ki, elektron xəritədən istifadə Səhmdar Cəmiyyətə obyektin hansı coğrafi koordinatda olduğunu müəyyən etmə və əraziyə getmədən rahat şəkildə infrastrukturu müşahidə etmək imkanı yaradır. Bu da, enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün layihələndirmə işlərinin icrasını sürətləndirir.
Həmçinin, istehlakçılara, olduğu məkanı tərk etmədən enerji təchizatı şəbəkəsinə qoşulma üçün enerji alqı-satqı müqaviləsi və texniki şərtin verilməsi barədə müraciətlərini SİMA - yeni nəsil rəqəmsal imza vasitəsilə təsdiqləmək imkanı yaradılmışdır.
Qeyd edək ki, tətbiq edilən rəqəmsal yeniliklər ilə abonentlər vaxt itkisinə yol vermədən bu xidmətlərdən yararlana bilərlər.
Digər xəbərlər
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026
- Elektrik enerjisinə qənaət etməyin əhəmiyyəti və bu istiqamətdə görüləcək ümdə tədbirlər 15 Aprel 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 04 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026