Bu ilin ilk yarısında “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 5200 sahibkar obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Keçən ilin eyni aylarında 1642 sahibkar obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün müraciət etmişdi.
ASC-dən bildirilib ki, sahibkarların müraciətlərinin sayında ciddi artım müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabrın 25-də Azərbaycan Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanın imzalanması və şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilməsi kifayət qədər ciddi islahat sayılır.
Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, ən əsası isə “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanan elektron müraciətlərin idarə olunması sisteminin “Elektron hökumət” portalına inteqrasiya edilməsi də sahibkarların və ya vətəndaşların onlayn qaydada müraciət etməklə bir neçə dəqiqənin içində işini yekunlaşdırmasına şərait yaradıb.
Bu ilin 6 ayında “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən vətəndaşların da sayında 2 dəfədən çox artım olub. Belə ki, ötən ilin birinci yarısında 9500 vətəndaş evinə, bağına yaxud həyətinə işıq çəkdirmək üçün müraciət etmişdisə, cari ilin ilk yarısında 20075 vətəndaş elektrik şəbəkəsinə qoşulmaqla bağlı “Azərişıq” ASC-yə müraciət edib.
Ümumilikdə isə “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə göstərdiyi 15 xidmət üzrə bu ilin ötən dövründə 148 min müraciət olunub ki, bu da ötənilkindən 47 min müraciət çoxdur. Keçən ilin müvafiq dövründə 101 min müraciət daxil olmuşdu.
Digər xəbərlər
- "Azərişıq” ASC Elektron Hökumət Portalı vasitəsilə abonentlərə debitor borclar barədə elektron arayış (məlumat) təqdim edir. 29 Yanvar 2024
- “Azərişıq” ASC ilə “General Group Co.” MMC-nin birgə peşəkar inkişaf layihəsi. 23 May 2024
- “Azərişiq” ASC Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir. 15 Aprel 2024
- Müasir standartlara cavab verən sayğacların quraşdırılması 19 İyun 2024
- Elektrik enerjisinin təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması və bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair daxili qaydalar hazırlanaraq “Azərişıq” ASC-nin rəsmi səhifəsində yerləşdirilmişdir. 20 Fevral 2024