Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 18 noyabr tarixində Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq Transformator Məntəqəsində (TM) və kabel hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Nizami, Niyazi küçələrində, həmçinin Qobu qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 23 Fevral 2026
- Elektrik enerjisinə qənaət etməyin əhəmiyyəti və bu istiqamətdə görüləcək ümdə tədbirlər 15 Aprel 2026
- Elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırır 02 Mart 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 22 Yanvar 2026
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026