Abonent borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə elektron formada məlumat əldə etmək üçün www.e-service.azerishiq.az və ya www.azerishiq.az saytına keçid etməklə elektron hökümət portalı üzərindən əldə edə bilərlər. “e-service.azerishiq.az” portalından müraciət etdikdə, açılan pəncərədə “Azərişıq” ASC-nin təqdim etdiyi elektron xidmətlərin ümumi siyahısından “Borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə sənədin verilməsi” xidməti seçilməlidir. Açılan növbəti pəncərədən elektron xidmətə daxil olmaq üçün aşağıdakı giriş vasitələrindən biri istifadə olunmalıdır:
- SİMA Rəqəmsal İmza ilə;
- Asan imza ilə;
- SİMA Token (Elektron İmza) ilə giriş;
- İstifadəçi identifikasiya nömrəsi;
- BSXM Elektron imza ilə:
Sistemə daxil olduqda müvafiq dövlət orqanları portala inteqrasiya olunduğundan bəzi məlumatlar avtomatik olaraq doldurulur. Qalan boş xanalar abonent tərəfindən doldurulur, o cümlədən, əlaqə məlumatları bölməsinə mobil telefon nömrəsini, elektron poçt ünvanı qeyd edilir və “Müraciəti göndər” düyməsi seçilir. Əlaqə məlumatlarında mütləq aktiv mobil telefon nömrə daxil edilməlidir. Aidiyyəti müraciət xanaları doldurduqdan sonra SMS xidməti və Elektron poçt vasitəsi ilə abonentə müraciətin qeydə alınması və müraciətin nəticəsi barədə məlumat göndərilir.
Həmçinin, abonent, müraciətin nəticəsini www.e-gov.az portalında “Müraciətlərim” bölməsindən də yoxlaya bilər.
Digər xəbərlər
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- Nizami və Nəsimi rayonlarının bu ərazilərində fasilə yaranacaq 24 May 2026
- “Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib 10 İyun 2026