Enerji səmərəliyinin artırılması nəticəsində paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi və elektrik itkilərinin azaldılmasında xüsusi əhəmiyyət kəsb edir. İtkilərin azaldılması istiqamətində görüləcək tədbirlərə elektrik təchizatının etibarlılığının, keyfiyyətinin yaxşılaşdırılması üçün paylayıcı şəbəkənin real zaman rejimində monitorinqi və idarə olunmasına imkan verən qabaqcıl nəzarət-idarəetmə, eləcə də yüksək sürətli telekommunikasiya texnologiyalarını aid etmək olar.
Xüsusilə qeyd olunmalıdır ki, Rəqəmsal şəbəkə texnologiyaları paylayıcı şəbəkələrin optimallaşdırılması işlərini növbəti yüksək mərhələyə keçirmək üçün yeni imkanlar yaradır. İtkilərin azaldılması istiqamətində mühüm addımlardan biri də ağıllı (smart) sayğacların quraşdırılması prosesinin sürətləndirilməsidir. Belə ki, müasir sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır, eyni zamanda qanunsuz qoşulmaların və kənar müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.
Növbəti illər ərzində də istismar müddətini bitirmiş elektrik sayğaclarının yeni sayğaclarla əvəz olunması, həmçinin yeni quraşdırılan sayğaclarda ağıllı sayğacların faiz nisbətinin artırılması planlaşdırılır.
Cəmiyyət tərəfindən enerji itkilərinin azaldılması, eləcə də müasir texnologiyaların və innovativ metodların tətbiqinin təşviqi istiqamətində işlər davam etdiriləcəkdir.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul edib 19 Yanvar 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- 11 illik etibarlı və keyfiyyətli xidmətin bəhrəsi – “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkələrini yeniləyir 10 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026