Bu gün "Azərişıq" ASC ölkəyə gətirdiyi "SMART card reader" cihazlarının təqdimatını keçirib. Təqdimatı ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov edib.
Bu avadanlıqlar 300 mindən çox abunəçinin işini asanlaşdıracaq. Hazırda "Azərişıq"ASC-nin 550 minə yaxın smartkart tipli sayğacı olan abunəçisi var. Həmin abunəçilərin istifadəsində olan smartkartlar iki cürdür. Hazırda yalnız onlardan bir qrupu bunu istifadə edə biləcək. Bu isə təxminən 300 mindən bir qədər artıq abunəçi deməkdir. Qarşıdakı günlərdə isə digər növ smartkart sayğaclarında da bunu istifadə etmək mümkün olacaq.
Yeni cihazlar smartkartların ev şəraitində yüklənməsinə şərait yaradacaq. "Azərişıq"ASC-nin mobil əlavəsinə edilən yenilikdən sonra "SMART card reader" cihazını telefona qoşmaqla ödəniş etmək olur. Hazırda yalnız android əməliyyat sistemli telefonlar üzərindən bu mümkündür. Amma yaxın günlərdə android platforması üzərindən də bunu etmək mümkün olacaq.
Hazırda "SMART card reader"lərdən təxminən 3 000 ədəd gətirilib. Onların qiyməti 18-20 manat civarında olacaq. Abunəçilər bu cihazları "ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərindən əldə edə biləcəklər.
Digər xəbərlər
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 10 Yanvar 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 23 Fevral 2026
- Elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırır 02 Mart 2026