Yanvarın 23-də "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Siyəzəndə vətəndaşları qəbul edib.
Qəbulda Siyəzən və Xızı rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Əhalinin müraciətlərini dinləyən V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib.
Digər xəbərlər
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 26 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 11 Mart 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində tədbirlər mütəmadi həyata keçirilir 05 Fevral 2026