“Kiçik və orta bizneslərin inkişafında Elektron Xidmətlərin rolu mövzusunda “Azərişıq” ASC və Deloitte Azərbaycan şirkəti birgə vebinar təşkil edib.
Deloitte Azərbaycan şirkətinin Risk məsləhətləri üzrə direktoru Tural Hacıyev və “Azərişıq” ASC-nin “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin əməkdaşları elektron xidmətlərin kiçik və orta biznesin inkişafında olan rolu və dünya təcrübəsi haqqında danışıblar.
Müzakirələr zamanı bildirilib ki, Doing Business göstəricilərinə görə xarici investisiyalar ölkələr arasında yeni texnoloqiyaların ötürülməsinə imkan yaradır və KOBİ-lərin inkişafında mühüm rol oynayır.
Vebinar zamanı “Doing Business” Hesabatının “Elektrikə qoşulma” indikatoru üzrə enerji təchizatı şəbəkəsinə qoşulma prosedurunun Azərbaycanda iki mərhələdən ibarət olması barədə geniş məlumat verilib və həmçinin sahibkarlıq obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı yaradılan Elektron Müraciətlərin İdarə Olunması Sisteminin əyani təqdimatı həyata keçirilib. Elektron sistemin yeni imkanları ilə bağlı həyata keçirilən inteqrasiyalarla bağlı ətraflı məlumat verilib.
Sonda isə sahibkarlar tərəfindən maraq doğuran suallar müzakirə edilərək cavablandırılıb.
Digər xəbərlər
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026
- “SİMA” yeni nəsil rəqəmsal imzanın tətbiqi, istehlakçıların elektrik şəbəkəsinə qoşulma prosesinə təsiri 16 Mart 2026
- Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 Fevral 2026
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 10 Yanvar 2026