“Azərişıq” ASC vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə göstərdiyi xidmətləri onlayn platformaya inteqrasiya etməkdə davam etdirir. Bununla da vətəndaşların olduğu yeri tərk etmədən, vaxt itkisi olmadan “Azərişıq” ASC-nin xidmətlərindən yararlanmaq imkanınları genişləndirilir. Bunun üçün əhali və qeyri-əhali abonentləri e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət edə bilərlər. Aşağıda qeyd edilən 6 yeni xidmət “Azərişıq” ASC-nin elektron xidmətlərinə əlavə edilib.
ƏLAVƏ EDİLƏN YENİ XİDMƏTLƏR
- Borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu
- Əhali və Qeyri-Əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət
- Elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri
- İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi
- Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu
- YÜK HESABATININ hesablanması
İNDİYƏDƏK MÖVCUD OLAN ELEKTRON XİDMƏTLƏR
- Abonentin geniş tarixçəsinin verilməsi
- Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması
- Əhali istehlakçısının ad dəyişdirilməsi
- Əhali və Qeyri-Əhali abonentinin sayğac zədələnməsinin araşdırılması
- Enerji haqlarının internet vasitəsi ilə ödənilməsi
- Qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması
Digər xəbərlər
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində işlərini davam etdirir. 25 Yanvar 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Kürdəmirdə vətəndaşları qəbul edib. 15 Mart 2024
- “Azərişıq” ASC-nin elektrik təchizatı şəbəkəsinə qoşulma xidmətinin elektronlaşdırılması istiqamətində gördüyü işlər davam etdirilir. 31 Yanvar 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- “Azərişıq” ASC bayramla əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 19 Mart 2024