Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov martın 15-də Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Kürdəmir rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Kürdəmir rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər. Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub rayonlarında baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. 15 Yanvar 2024
- “Azərişıq” ASC Göyçayda yenidənqurma işlərini davam etdirir. 28 Mart 2024
- “Azərişiq” ASC –də elektrik enerjisi itkilərinin azaldılması üçün tədbirlər həyata keçirilir. 27 Mart 2024
- Müasir standartlara cavab verən sayğacların quraşdırılması 19 İyun 2024
- “Azərişıq” ASC Bərdədə yenidənqurma işlərini davam etdirir. 05 Aprel 2024