• Azerbaijan
  • English
  • Russian

110 kV substations

2016
110/10 kV-luq, 2x16 MVA gücündə “Rəhimli” y/st


110/35/10 kV-luq, 2x6,3 MVA gücündə “Bəhmədli” y/st


110/35/6 kV-luq, 2x10 MVA gücündə “Daş Salahlı” y/st


2015
110/35/10 kV-luq, 2x40 MVA gücündə “Buzovna-2” y/st


2014
110/35/6 kv-luq, 2x50 MVA gücündə “Ağ şəhər-1” y/st

Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində gücü 2x50 mVA olan 110/35/6 kV-luq «Ağ şəhər-1» yarımstansiyası inşa edilmişdir. Bu y/st Xətai rayonu ərazisində yeni inşa edilən Ağ Şəhər yaşayış kompleksinin elektrik enerjisi ilə təchiz olunması üçün nəzərdə tutulmuşdur. Bundan əlavə bu y/st-nın tikintisi ilə 110 kV-luq yeni dairəvi sxemi əldə olunur. Belə ki, bu yarımstansiya 220 kV-luq Hövsan, Xırdalan və Müşfiq qovşaqldarı arasında 110 kV-luq əlaqə yaradır.


110/35/10 kv-luq, 2x40 MVA gücündə “Həzi Aslanov” y/st

Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsində köhnə 110/10 kV-luq H.Aslanov yarımstansiyanın yerində gücü 2x40 MVA olan yeni 110/35/10 kV-luq «Həzi Aslanov» yarımstansiya inşa edilib. Bu yarımstansiya həmin ərazinin elektrik enerjisi təchizatını yaxşılaşdırmış, 35 kV-luq şəbəkə ilə əlaqələndirmişdir. Bu yarımstansiyanı qidalandıran 110 kV-luq 1-ci Əhmədli hava xətti giriş-çıxış edilmiş, ehtiyat qida mənbəyi yarandığı üçün istehlakçıların fasiləsiz elektrik enerjisi təchizatı əldə edilmişdir.


110/35/6 kv-luq, 2x40 MVA gücündə “Kürdəxanı” y/st

Bakı şəhəri, Sabunçu rayonu ərazisində 35/6 kV-luq 498 saylı yarımstansiyanın yerində gücü 2x40 mVA olan 110/35/6 kV-luq «Kürdəxanı» yarımstansiya inşa edilmişdir. Bu yarımstansiyanın tikintisi ilə əlaqədar həmin ərazidə yeni güc mərkəzi yaradılmış, Pirşağa və Kürdəxanı qəsəbələrinin elektrik enerjisi təchizatı xeyli yaxşılaşdırılmışdır. Bundan əvvəl bu yarımstansiya vasitəsi ilə gələcəkdə Abşeron rayonunun Məhəmmədi,Digah, Novxanı, Goradil, Mehdiabad və digər yaşayış sahələrinin elektrik enerjisi ilə təmin edilməsi üçün əsas qida mənbəyi nəzərdə tutulmuşdur.


2013
110/35/6 kV-luq 204 nömrəli yarımstansiya

Bakı şəhərinin Nizami rayonu ərazisində 110/6 kV-luq 204 nömrəli yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması da bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Bu yarımstansiya Heydər Əliyev adına neft emalı zavodunu və ətrafdakı digər sənaye obyektlərini elektrik enerjisi ilə təchiz etmək üçün 1980-ci ildə inşa edilmişdir. Ötən müddət ərzində yarımstansiyadakı avadanlıq istismar müddətini başa vurmuşdur. Yarımstansiya artıq müasir tələblərə cavab vermirdi. Son illər respublikada, o cümlədən Bakı şəhərində həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf, ətraf ərazilərdə inşa edilən Gimnastika Kompleksinin, Olimpiya Stadionunun, Olimpiya şəhərciyinin, müxtəlif yol infrastrukturunun, Heydər Əliyev prospekti boyu inşa edilən yeni obyektlərin istifadəyə verilməsi dayanıqlı, fasiləsiz elektrik enerjisinə olan tələbatı artırmışdı. Bu məqsədlə nəzərdə tutulmuş investisiya proqramına uyğun olaraq köhnə 110/6 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir qapalı tipli 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya tikilib istismara verilmişdir. Yuxarıda adıçəkilən obyektləri və çoxsaylı yaşayış binalarını elektrik enerjisi ilə təchiz etmək üçün 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyadan qidalanan 3 yeni 35/6 kV-luq “Koroğlu”, 208 və 217 nömrəli yarımstansiyalar da inşa edilmişdir. Bu yarımstansiyalar qapalı tipli olmaqla, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizəsi sistemi quraşdırılmaqla SCADA sisteminə qoşulmuşdur.


110/35/6 kv-luq BMKZ yarımstansiyası

BMKZ yarımstansiyası 1974-cü ildə Nərimanov rayonundakı sənaye müəssisələrini, o cümlədən Bakı məişət kondisionerləri zavodunu elektrik enerjisi ilə təchiz etmək üçün tikilib istismara verilmişdir. Ötən müddətdə tamamilə köhnələn həmin energetika qurğusunun yerində perspektiv inkişaf da nəzərə alınmaqla ən müasir standartlara cavab verən yeni yarımstansiya inşa olunmuşdur. Açıq paylayıcı qurğu və yardımçı binaları ilə birlikdə əvvəlki yarımstansiya 16 min kvadratmetrdən çox sahədə yerləşirdisə, qapalı tipli yeni yarımstansiyanın yerləşdiyi ərazi bundan 7 dəfə azdır. Bu yeni energetika qurğusunun qoyuluş gücü 100 meqavoltamperdir. Son illərdə tikilən digər yarımstansiyalarda olduğu kimi, bu qurğunun binası da konstruktiv həlli və memarlıq görünüşü ilə diqqəti çəkir, şəhərin ümumi görünüşünə əlavə çalarlar qatır. Ətrafda böyük bir ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.


2012
Yeni 110/35/6 kV-luq "İçəri Şəhər" yarımstansiyasının tikilib quraşdırılması (2x50 MVA)

110/35/6 kV İçəri Şəhər yarımstansiyası Bayraq Meydanı yol layihəsi üzrə yolun genişləndirilən hissəsində yerləşdiyi üçün sökülərək yeni ünvanda tikilib quraşdırılması.


110/35/10 kV-luq "Liman" yeni yarımstansiyanın tikintisi (2x50 MVA)

Nəsimi, Xətai, Səbail rayonlarının bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması və Dəniz kənarında tikilməkdə olan yeni obyektlərin elektrik gücünün qoşulması, həmçinin Bakı şəhəri ərazisində 110 kV-luq şəbəkənin etibarlılığının artırılması üçün dairəvi sxemin yaradılması məqsədi ilə yeni 110/35/10 kV-luq yarımstansiya inşa edilib istismara verilmişdir.


Bakı Metropoliteninin obyektlərinin elektrik təchizatının yaxşılaşdırılması üçün "Dərnəgül-1" y/st-nın yenidən qurulması

110/10 kv-luq yarımstansiya 1996-cı ildən istismardadır. Əsasən Binəqədi rayonunun bir hissəsini elektrik enerjisilə təchiz edən yarımstansiyada avadanlıqlar müasir standartlara cavab verən yeni avadanlıqlarla dəyişdirilmiş, 35 kv-luq dairəvi sxemə qoşulması üçün yeni 35 kv-luq bölmə yaradılmışdır. Yarımstansiyada 2x25 MVA 110/10 kv-luq transformatorların əvəzinə 110/35/10 kv-luq 2x40 MVA transformatorlar quraşdırılımışdır.


110/10 kV-luq Yasamal-2 y/st-nın 110/35/10 kV-a keçirilməsi

Uzun müddətdir istismarda olan yarımstansiya Yeni Yasamal yaşayış sahəsini elektrik enerjisi ilə təmin edir. Yarımstansiyada avadanlıqlar köhnə tipli olduğundan daha müasir avadanlıqlarla təchiz edilmiş və 35 kv-luq dairəvi sxemə qoşulması üçün yeni 35 kv-luq bölmə yaradılmışdır.


110/20/6 kV-luq "Yeni Bayıl" yarımstansiyanın tikintisi (2x40 MVA)

105 saylı yarımstansiya 1950-ci ildə inşa edilmişdir. Yarımstansiya istismar müddətini çoxdan başa vurduğundan ərazidə elektrik enerjisinə artan tələbatı ödəmir. "Bayraq Meydanı " yol layihəsi üzrə 105 saylı y/st-nın əvəzinə 110/20/6 kV-luq 2x40 mVA gücündə yeni yarımstansiya inşa edilməlidir və "Bayıl" y/st-nın yükü bu y/st-ya köçürülməlidir. Yeni 105 saylı y/st-ya Bayl qəsəbəsini, 20-ci yaşayış sahəsini, ərazidə yerləşən neft mədənlərini, eləcə də Bayraq meydanını və dəniz kənarında tikilən obyektləri elektrik enerjisi ilə təmin edir.


2011
110/35/10 kV-luq 2x40 MVA gücündə "Dağlıq" yarımstansiyası

1973-cü ildən istismarda olan 110/35/10 kV-luq 2x40 MVA gücündə "Dağlıq" yarımstansiyası Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir. Şəhərin mərkəzi hissəsində, 1-5-ci mikrorayonlarda yerləşən istehlakçıların elektrik təchizatı bu yarımstansiyanın 10 kV-luq şəbəkəsi vasitəsilə yerinə yetirilir.


110/35/6-10 kV-luq 2x50 MVA + 1x40 MVA gücündə "Badamdar" yarımstansiyası

Bakı şəhərinin mərkəzi hissəsini, ələlxüsus Dövlət əhəmiyyətli idarə və təşkilatlarını - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisinin, Nazirlər Kabinetinin, Milli Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin, AzTV-nin, Mərkəzi Klinik xəstəxanasının və sair inzibati binalarının elektrik təchizatının yaxşılaşdırılması üçün köhnə 110/35/6-10 kV-luq «Badamdar» yarımstansiyası yenidən qurulmuş və gücləndirilmişdir.


2010
110/35/6 kV-luq 2x40 MVA gücündə Hoca-Həsən y/st

Binəqədi rayonun ərazisində yerləşən, 1947-ci ildə inşa edilmiş fiziki və mənəvi cəhətdən köhnəlmiş 35/6 kv-luq 87 saylı yarımstansiya neft mədənlərini, zavod, kicik istehsal obyektlərini elektrik enerjisi ilə təmin edirdi.Son illər respublikada, o cümlədən Bakı şəhərində aparılan geniş miqyaslı tikinti, quruculuq və abadlıq işləri Binəqədi, Qaradağ və Yasamal rayonlarında da elektrik enerjisinə olan təlabatın kəskin artmasına səbəb olmuşdur.
Belə ki, inşa ediləcək Lomonosov adına Moskva Dövlət Universitetinin filialının, Bakı Metropoliteninin stansiyasının, Bakı Beynəlxalq Avtovağzalının, sənaye, ticarət və mədəni-sosial obyektlərin, eləcə də, dairəvi yolun işıqlandırılması ücün elektrik enerjisinə olan tələbatı köhnə "87" saylı yarımstansiya təmin edə bilməzdi. Bu səbəbdən Bakı şəhərinə əlavə qidalındırıcı 110 kV-luq hava xətlərinin cəkilməsinə, yeni güc mənbəyinin yarımstansiyanın tikintisinə zərurət yaranmışdır.
Gələcəkdə yeni cəkilmiş 110 kv-luq xətlərin, tikintisi nəzərdə tutulmuş yeni və mövcud yarımstansiyalarla əlaqələndirilməsi ilə dairəvi elektrik təchizat sxeminin yaradılmasına nail olunacaq və şəhərin elektrik təchizatının dayanaqlığı təmin olunacaqdır.
Binəqədi rayonunun ərazisində 35/6 kv-luq köhnə 87 saylı yarımstansiyanın əvəzinə müasir tipli "Siemens" firmasının istehsalı olan elektrik avadanlıqlarla təhciz olunmuş 110/35/10 kv-luq, hər birinin gücü 40 MVA olan iki transformatorlu "Xoca Həsən" yarımstansiyası inşa edilmişdir. Bu yarımstansi¬yada 110 kV-luq acıq paylayıcı qurğu, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular , idarəetmə mərkəzi və işçi personalı üçün otaqlar inşa edilmişdir. Bakı şəhərinin əsas qidalandırıcı xətlərindən olan və "Xoca Həsən" yarımstansiyasını elektrik enerjisi ilə təmin edən, "Səngəçal" yarımstansiyasından 44 km uzunluğunda 110 kV-luq iki dövrəli hava elektrik veriliş xətti cəkilmişdir. Bundan əlavə, "Xoca Həsən" yarımstaniyası ilə "Yasamal-2" yarımstansiyası arasında 110 kV-luq, 93 saylı yarımstansiya arasında isə 35 kV-luq hava xətləri quraşdırılmışdır.
Yarımstansiyanın ərazisində ağaclar əkilmiş, yaşıllıq zolaqları salınmış, ətrafı abadlaşdırılmışdır, bu da öz növbəsində yeni inşa edilmiş energetika obyektinə xüsusi yaraşıq vermişdir.


2009
110/35/10 kV-luq 2x25 MVA gücündə Hava Limanı yarımstansiyasının tikintisi.

Yarımstansiyaya hava xəttinin çəkilməsi üçün Hövsan yarımstansiyasında 110 kV-luq APQ-nin genişləndirilməsi və Hövsan-Hava Limanı 110 kV-luq hava xəttinin tikintisi həyata keçirilmişdir. 110/35/10 kV-luq İçəri Şəhər yarımstansiyasının inşasında məqsəd Respublikada ilk dəfə olaraq 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılmasıdır. Beləki, İçəri Şəhər yarımstansiyasının 220/110 kV-luq Müşfiq, 110/20/6 kV-luq Bayıl, 110/35/10 kV-luq Liman, 110/35/6 kV-luq 227 saylı və 220/110 kV-luq Xırdalan yarımstansiyaları arasında əlaqə yaradaraq, şəhərin elektrik təchizatını əsaslı surətdə yaxşılaşdırılmasına imkan verəcəkdir. Respublikada ilk dəfə olaraq yarımstansiya Almaniyanın Siemens firmasının istehsalı olan 110 və 35 kV-luq eleqaz açarlarla, 2x50 MVA gücündə 110/35/10 kV-luq iki ədəd transformator ilə təchiz olunmuş tam qapalı tipli inşa edilmişdir. 110/35/10 kV-luq İçəri Şəhər yarımstansiyasının qidalandırılması üçün Bayıl yarımstansiyasında iki ədəd 110 kV-luq eleqaz açarlı çıxış yuvaları quraşdırılmışdır.


110/35/6 kV-luq 227 saylı y/st

110/35/6 kV-luq 227 saylı Yarımstansiya 1933-cü ildə tikilib istismara verilmişdir. Yarımstansiya Nərimanov, Xətai, Nəsimi rayonlarının böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir. Yarımstansiyada 3 ədəd 40 MVA gücündə transformator quraşdırılmışdır.


2008
110/35/10 kV-luq "Şıx" yarımstansiyası

Səbail rayonunda yeni inşa edilmiş 110/35/10 kV-luq "Şıx" yarımstansiyasının "Şıx" çimərliyi və ətrafda inşa edilən yeni istirahət və biznes mərkəzlərinin elektrik təchizatı reallaşacaqdır. Bu yarımstansiyada hər birinin gücü 40 MVA olan 110/35/10 kV-luq 2 ədəd güc transformatoru quraşdırılmışdır. Yarımstansiyanın qidalandırılması üçün 110 kV-luq "Müşfiq"-"Lök Batan"-Dartı hava xəttindən budaqlanma ilə uzunluğu 3 km olan iki dövrəli hava xətti quraşdırılmışdır.


110/35/10 kV-luq 215 saylı yarımstansiya

Nərimanov rayonu ərazisində yerləşən və texniki cəhətdən böyük əhəmiyyət kəsb edən 35/10 kV-luq 215 saylı yarımstansiya 110 kV-luq gərginliyə keçirilmiş, yarımstansiya gücü 2x40 MVA olan transformatorlarla gücləndirilmiş, bununlada ətrafda yeni inşa edilən yüksək mərtbəli yaşayış binalarının, sənaye və içtimai iaşə obyektlərinin elektrik enerjisinə olan təlabat ödənilmişdır.


110/35/6 kV-luq 203 saylı yarımstansiya yenidən tikilib gücləndirilmişdir.

Nərimanov rayonunda keçmiş "Azərelektroterm" zavodunun ərazisində hələ 1962-ci ildə inşa edilmiş 110/35/6 kV-luq 203 saylı yarımstansiya ("BTEK" yarımstansiyası) yenidən tikilib gücləndirilmişdir. Adı çəkilən yarımstansiyanın elektrik avadalıqları həddindən artıq köhnəlmiş, istismara yararsız hala düşmüşdür. Mövcud avadanlığın bu vəziyyətdə olması külli miqdarda texniki itkilərin yaranmasına səbəb olur. Yarımstansiyada 35 kV-luq açıq paylayıcı quruluşun qapalı tipli quruluşa çevirilməsi ilə bu ərazidə ASC üçün yeni köməkçi binaların (ambar, inzibati bina və s.) tikilməsinə imkan vermişdir. 110/35/6 kV-luq 203 saylı yarımstansiyada gücü 50 MVA olan 2 ədəd güc transformatoru, 2 ədəd əlavə yeni 110 kV-luq yuvanın quraşdırılmışdır, bununlada ərazidə elektrik təchizatı əsaslı surətdə yaxşılaşdırılmışdır.


110/35kV-luq "Yasamal-1" Y/st-da əsaslı təmir ışləri aparılmışdır

Yasamal rayonunun elektrik təchizatının əsaslı surətdə yaxşılaşdırılması məqsədi ilə 110/35kV-luq "Yasamal-1" Y/st-da əsaslı təmir ışləri aparılmış, yeni müasir avadanlıqlarla təchiz olunmuş 32 kameralı eleqaz acarlı 10 kV-luq qapalı paylayıcı qurqu inşa edilmişdir. Bundan əlavə 120 saylı Y/st-dan çıxan hər birinin uzunluğu 300 metr olan 6 ədəd 6 kV-luq kabel xəttləri yenisi ilə əvəz olunmuşdur.
"Yasamal-1" y/st-nın cari təmir işləri aparılmışdır, ərazisi abadlaşdırılmışdır. Y/st-nın ərazisində yeni 26 kameralı 10 kV-luq QPQ inşa edilmiş, köhnə 10 kV-luq QPQ isə əsalı təmir edilmişdir.


2007
2007-ci ilin İnvestisiya Proqramında nəzərdə tutulmuş yeni gücü 2x40 MVA olan 110/35/10 kV-luq Buzovna yarımstansiyası tikilərək istismara verilmişdir

Bu obyektlərin istifadəyə verilməsi ilə 1 və 2 saylı Qonaq Evlərinin, mühüm strateji əhəmiyyəti digər Dövlət obyektlərinin, Zuğulba, Bilgəh və Nardaran qəsəbələrinin, bir çox tibb ocaqlarının və sanatoriyaların elektrik təchizatının əsaslı surətdə yaxşılaşdırılması mümkün olmuşdur.
Buzovna y/st tikilməsi ilə həmin bölgədə yerləşən 35/10/6 Bilgəh, 35/10 Amburan və Nardaran Y.st-larının gücləri bölünərək ifrat yüklənmənin qarşısı alınmışdır.