Cənab prezident İlham Əliyevin tapşırıqlarına əsasən regionlarda elektrik təsərrüfatını yeniləyən “Azərişıq” ASC Lənkəranın daha 4 kəndində Viravul, Daşdatük, Girdəni, Gərmətürkdə yenidənqurma işlərini davam etdirir.
Adı çəkilən kəndlər arasında 4 min nəfərə yaxın sakini olan Viravul kəndində yeni güc mərkəzləri yaradılır. Paralel olaraq köhnə, sovet dövründən qalma dayaqlar yeni və müasirləri ilə əvəz edilir. İstismar müddəti başa çatmış açıq naqillərin yerinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Köhnə sayğaclar həyətyani sahələrdən çıxarılaraq əvəzində müasir standartalara cavab verən yeni sayğaclar qoşulur. İşlər yekunlaşdıqdan sonra kənd sakinləri dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmaqla yanaşı, elektrik enerjisi itkisinin qarşısı da alınacaq.
Yenidənqurma işləri Lənkəranla yanaşı, investisiya proqramına uyğun olaraq ölkənin bütün regionlarında, ən ucqar kənd və qəsəbələrdə də mərhələli şəkildə həyata keçirilir.
Digər xəbərlər
- “Azərişıq” ASC Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. 15 İyun 2024
- “Azərişıq” ASC öz fəaliyyətində elektron xidmətlərin sayını artırır 17 İyul 2024
- “Azərişiq” ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır. 06 İyun 2024
- “Azərişıq” ASC Bərdədə yenidənqurma işlərini davam etdirir. 05 Aprel 2024
- “Azərişıq” ASC və Ali təhsil müəssisələri arasında əməkdaşlıq 08 İyun 2024