• Azerbaijan
  • English
  • Russian

Təbriklərimiz

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr günüdür

Paylaşma tarixi: 25 iyun 2015


“Azərişıq” ASC-nin Rəhbərliyi və kollektivi Müdafiə Nazirliyinin bütün əməkdaşlarını Peşə bayramları, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibəti təbrik edir, Vətənimizin qorunması kimi şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayır. Ulu öndər Heydər Əliyevin siyası kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısının, ordu quruculuğu sahəsində həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün regionun yüksək döyüş qabiliyyətinə malik və ən müasir silahlarla təmin olunmuş mobil bir qüvvəsinə çevrilmişdir. Bütün bu ugurlar xalqımızda işğal edilmiş torpaqlarımızın tezliklə azad olunması inamını daha da möhkəmləndirir.