• Azerbaijan
  • English
  • Russian

Təbriklərimiz

Novruz bayramınız mübarək

Paylaşma tarixi: 17 mart 2014


Novruz Bayramı münasibəti ilə “Bakıelektrikşəbəkə”ASC-nin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir,  bahar təravətli bu  bayram günündə hər birinizə ən xoş arzularımı çatdırıram.

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Qoy bu təravətli Novruz bayrami süfrənizə ruzi, qəlbinizə  xoş hisslər bəxş etsin. Sağlamlığınız möhkəm, arzularınız gerçək olsun! Novruz bayramınız mübarək olsun!

 

Hörmətlə,

B.Rzayev

"Bakıelektrikşəbəkə"ASC

   İdarə Heyətinin Sədri