• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC “Legrand” şirkəti ilə seminar keçirir

Paylaşma tarixi: 11 oktyabr 2017


Bu gün “Azərişıq” ASC-nin Tədris Mərkəzinin Gənclik korpusunun konfrans zalında “Legrand” şirkəti tərəfindən «Optik texnologiyalar»  mövzusunda texniki seminara start verilib.

 

11-12 oktyabr tarixlərində keçiriləcən treninqdə fiber optik texnologiyalarının əsasları, onların quruluşu, optik birləşdiriciləri, yoxlanması, daxil olan və qaytarılan itkilər, itkilərin standart göstəriciləri, rabitə xəttinin sertifikasiyası, itki büdcəsinin hesablanması və başqa sahələr üzrə müzakirələr aparılacaq.  Seminarda “Azərişıq” ASC-nin rabitə,  kompyuter xidmətləri şöbələrinin və Tədris Mərkəzinin əməkdaşları iştirak edir.

 

Qeyd edək ki, “Legrand” Fransa şirkətidir, elektrik və rəqəmsal infrastruktur sahəsində dünya lideridir. Şirkət bu sahədə bir neçə yüz min adda məhsul istehsal edir, bu məhsullar 7 əsas kateqoriyaya bölünür. Bura istifadəçi interfeysi (qoşqu açarları, elektrik yuvaları və s.), enerji paylama şəbəkələri, kabellərin idarə edilməsi sistemləri, rəqəmsal infrastruktur və digərləri daxildir. “Azərişıq” ASC Azərbaycanda elektrik enerjisi şəbəkəsi infrastrukturunun yenidən qurulması üçün ölkə boyu həyata keçirməkdə olduğu layihələrdə “Legrand” şirkətinin də qabaqcıl texnologiyalara əsaslanan məhsullarından istifadə edir.