• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq”ASC Mətbuat Xidmətinin məlumatı

Paylaşma tarixi: 27 dekabr 2016


     Bildiyiniz kimi, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin Bakı  və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılmışdır.

 

     Bununla əlaqədar olaraq “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhduduyyətlər tətbiq edilmiş və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranmışdır.

 

     Yaranmış narahatlığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir