• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

12 dekabr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür

Paylaşma tarixi: 10 dekabr 2017


Tariximizin ən parlaq səhifəsinin müəllifi, Xalqımızın dahi lideri, Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər ƏLİYEV bəşəriyyətin yetirdiyi dahi şəxsiyyətlərdəndir. Müasir Azərbaycanın bütöv bir qərinəsini, 34 illik bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi ulu öndər Heydər ƏLİYEVin adı ilə bağlıdır. Məhz bu illərdə Heydər ƏLİYEV rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.

 

“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına,dövlətçiliyimizə,ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”,-deyən Heydər ƏLİYEV qədər işıqlı,aydın siyasi ideyası olan müdrik dövlət xadimləri tarixdə az yetişir. Belə bir amala sahib olmaq hər insanın işi deyil. Birmənalı olaraq qeyd etmək olar ki, Heydər ƏLİYEV-in doğma diyarımız, millətimizin gələcəyi üçün etdiklərini heç bir rəhbər etməmişdir. Çətin və qalmaqallı günlər də ulu öndərimizin mətin iradəsini qıra, onu yolundan döndərə bilməmişdir.

 

Hamımız bunun canlı şahidiyik və bundan ötrü də çox uzağa getmək lazım deyil, Respublikamızın ikinci dəfə müstəqillik əldə etdikdən sonra yaşadığı kəşməkəşli və mürəkkəb dövrü xatırlamaq kifayətdir.Xüsusən 1993-cü il heç birimizin yadından çıxmayacaq.Xalqımızın Heydər ƏLİYEVin sayəsində bütün dünyaya öz kimliyini bir daha göstərə bildi,ümumxalq iradəsinin nəyə qadir olduğunu sübut etdi.Xalqın haqlı təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtmış,təlatümlü və məcrasından cıxmış ölkəni xilas etmək naminə fədakarlıq göstərmiş,hər anı faciələrlə dolu olan Qarabağ müharibəsində atəşkəsə nail olmuş dahi siyasətçi müasir tariximizin yeni bir səhifəsini yaratdı,müstəqil Azərbaycan dövlətini daxili və xarici təhlükələrdən xilas edərək onu inkişaf və tərəqqi yoluna çıxartdı.O,doğma xalqının gələcəyi və xoşbəxtliyi uğrunda cox gərgin mübarizə apardı.həmin tarixi məqamlarda sağlam düşuncəli,vətənini və el-obasını ürəkdən sevən insanlar nicat və xilas yolunu Heydər ƏLİYEV şəxsiyyətində görür və bu dahi insanın ətrafında birləşirdilər.

 

İqtisadiyyatımızın hər bir sahəsində olduğu kimi elektroenergetika sektorunda da zaman-zaman islahatlar aparılmışdır. Bütün dövrlərlə müqayisədə şəbəkənin sürətli inkişafı ötən əsrin 70-80-ci illərində olmuşdur.O dövrdə Azərbaycana rəhbərlik edən Ümummilli liderimizin təşəbbüsü ilə respublikanın, o cümlədən Bakının elektrik enerjisinə olan tələbatını ödəmək üşün, həmçinin Əhmədli,Günəşli,Hövsan və digər yaşayış massivlərinin salınması ilə əlaqədar 110 kVt-luq şəhərətrafı yarımstansiyalar yenidən qurulmuş və gücləndirilmişdir.

 

1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli liderimiz Heydər ƏLİYEVin birbaşa rəhbərliyi və nəzarəti altında yenidən ölkənin elektroenergrtika sektorunda islahatlar aparılmağa başlandı. Məhz “Bakıelektrikşəbəkə” ASC Ümummilli liderimiz Heydər ƏLİYEVin 14 iyun 2000-ci il tarixi sərəncamı ilə yaradılmışdır.Məqsəd dünya standartlarına cavab verən yeni texnologiyaların tətbiqi ilə şəbəkəni modernləşdirmək,Bakının,eləcə də ətraf kənd və qəsəbələrin elektrik təchizatında əsaslı dönüş yaratmaq,abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək idi.

 

Heydər ƏLİYEVin şah əsəri olan müstəqil Azərbaycan xeyli müddətdir ki, bu böyük şəxsiyyətin sönməz ideyalarının davamçısı cənab İlham ƏLİYEVin rəhbərliyi altında gələcəyə uğurla addımlayır, regionların sosial-iqtisadi inkişafı,əhalinin sosial problemləri, yeni iş yerlərinin açılması, insanları düşundürən məsələlərə son dərəcə qayğıkeş yanaşma hər yerdə, vətənimizin hər bir guşəsində aydın görünür.