• Azerbaijan
  • English
  • Russian

35 kV-luq yarımstansiyalar

2016
35/10/6 kV-luq 120 saylı yarımstansiyası (4x25 MVA)


35/6 kv-luq Quba yarımstansiyası (2x6,3 MVA)


35/6 kv-luq Kimyaçılar yarımstansiyası (2x10 MVA)


35/10 kv-luq Cəngi yarımstansiyası (2x4 MVA)


35/6 kv-luq Çaylı yarımstansiyası (2x4 MVA)


2014
35/6 kv-luq, 2x25 MVA gücündə 92 saylı y/st

Bakı şəhəri, Binəqədi rayonu ərazisində köhnə 35/6 kV-luq 92 saylı yarımstansiyanın yerində yeni gücü 2x25 mVA olan yeni 35/6 kV-luq 92 saylı yarımstansiya inşa edilib. Bu yarımstansiyanın istismara verilməsi nəticəsində son zamanlar genişlənərək inkişaf etmiş Binəqədi kəndinin elektrik enerjisi təchizatının etibarlılığı təmin edilmişdir.


35/6 kv-luq 19 saylı yarımstansiya (2x25 MVA)

Sabunçu rayonunun Zabrat qəsəbəsinin böyük bir hissəsinin, Olimpiya Stadionunun və Atletlər kəndinin elektrik enerjisi təchizatı üçün 1981-ci ildən istismarda olan 35/6 kV-luq köhnə 19 saylı yarımstansiyanın yerində gücü 2x25 MVA olan müasir qapalı tipli yeni 35/6 kV-luq yarımstansiya inşa edilmişdir. Yarımstansiya 110/35/10 kV-luq “Zabrat”, digər ərəfdən isə 35/6 kv-luq 35 saylı yarımstansiyalarla 35 kV-luq iki dövrəli kabel xətləri vasitəsilə əlaqələndirilmişdir. Yarımstansiya müasir standartlara cavab verən eleqaz və vakuum tipli avadanlıqlarla, elektron rele mühafizəsi sistemilə təchiz edilməsi ilə yanaşı məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulmuşdur.


35/6 kv-luq 94 saylı yarımstansiya (1x16, 1x15 MVA)

1940-ci ildən istismarda olan 35/6 kV-luq 94 saylı yarımstansiyada komutasiya aparatlarının istismar müddətini keçməsi, avadanlıqların fiziki köhnəlməsi, həmçinin Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisinin etibarlı elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə qapalı tipli yeni 35/6 kV-luq yarımstansiya inşa edilmişdir. Yeni inşa edilmiş yarımstansiya müasir standartlara cavab verən eleqaz və vakuum tipli avadanlıqlarla, elektron rele mühafizəsi sistemi ilə təchiz edilməsi ilə yanaşı məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulmuşdur. Burada işçilər üçün bütün şərait yaradılmaqla yanaşı növbətçi personal üçün müvafiq otaqlar inşa edilmiş, ərazidə ağaclar əkilmiş, yaşıllaşdırma və abadlıq işləri həyata keçirilmişdir.


35/6 kv-luq 101 saylı yarımstansiya (2x25 MVA)

Yasamal rayonunun bir hissəsinin dayanıqlı və etibarlı elektrik enerjisi təchizatı məqsədi ilə 35/10 kV-luq 2x25 MVA gücündə yeni qapalı tipli müasir yarımstansiya inşa edilib istismara verilmişdir. Yeni inşa edilmiş yarımstansiya müasir standartlara cavab verən eleqaz və vakuum tipli avadanlıqlarla, elektron rele mühafizəsi sistemi ilə təchiz edilmiş, məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulmuşdur. Burada işçi personal üçün hər bir şəraiti olan müvafiq otaqlar inşa edilərək istifadəyə verilmişdir.


35/6 kv-luq 109 saylı yarımstansiya (2x25 MVA)


35/6 kv-luq 35 saylı yarımstansiya (2x25 MVA)

Olimpiya Stadionunun və Atletlər kəndinin elektrik enerjisi təchizatının, həmçinin Sabunçu rayonunun Balaxanı qəsəbəsinin bir hissəsinin elektrik təchizatının etibarlığının və dayanıqlığının yaxşılaşdırılması üçün1982-ci ildən istismarda olan mövcud 35/6 kV-luq köhnə 35 saylı yarımstansiyanın əvəzinə gücü 2x25 MVA olan müasir qapalı tipli yeni 35/6 kV-luq yarımstansiya inşa edilmişdir. 110/35/10 kV-luq “Zabrat” yarımstansiyasından qida mənbəyi olan 35/6 kV-luq 19 saylı və 35/6 kV-luq “Olimpiya Stadionu” yarımstansiyası ilə 35 kV-luq iki dövrəli kabel vasitəsi ilə əlaqələnmişdir. Tam yenidən qurulan yarımstansiyada müasir eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizəsi sistemi quraşdırılmış, həmçinin məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulmuşdur.


35/6 kv-luq 80 saylı yarımstansiyanın yenidən qurulması (2x16 MVA)


35/6 kv-luq 88 saylı yarımstansiya (2x25 MVA)


35/6 kv-luq, 2x25 MVA gücündə 81 saylı y/st

Bakı şəhəri, Binəqədi rayonu, Respublika Dövlət Yol Polisi İdarəsinin yaxınlığında gücü 2x25 MVA olan yeni 35/6 kV-luq 81 saylı yarımstansiya inşa olunmuşdur. Bu yarımstansiyanın üzərinə 35/6 kV-luq 94 saylı və 110/35/6 kV-luq «ETK-4» yarımstansiyalarının yükünün bir hissəsi keçirilmiş, nəticədə həmin ərazidəki istehlakçıların problemləri aradan qaldırılmışdır.


35/10 kv-luq, 2x25 MVA gücündə 218 saylı y/st

Bakı şəhəri, Nərimanov rayonu, Molla Cümə küçəsində inşa edilmiş gücü 2x25 MVA olan yeni 35/10 kV-luq 218 saylı yarımstansiya. Bu yarımstansiya Molla Cümə küçəsində inşa edilmiş yaşayış binalarını və müxtəlif təyinatlı obyektləri elektrik enerjisi ilə təchiz edir. Bundan əlavə bu yarımstansiyanın tikinti ilə 35/10 kV-luq 82 və 110/35/10 kV-luq 215 saylı yarımstansiyalar arasında 35 kV-luq əlaqə yaranmışdır.


35/6 kv-luq, 2x25 MVA gücündə 509 saylı y/st

Bakı şəhəri, Qaradağ rayonu , Lökbatan qəsəbəsində köhnə 35/6 kV-luq 509 saylı yarımstansiyanın yerində gücü 2x25 MVA olan yeni 35/6 kV-luq 509 saylı yarımstansiya. Bu yarımstansiyadan qidalanan əhalinin və eyni zamanda ARDNŞ-ə məxsus obyektlərin elektrik enerjisi təchizatı xeyli yaxşılaşmışdır. Bundan əlavə həmin ərazidə Qaradağ RETSİ-nin Yüksək Gərginlik İstismar Şöbəsinin işçiləri üçün ofis binası tikilmişdir.


35/6 kv-luq 106 saylı paylayıcı qurğu


2013
35/6 kv-luq 201 saylı yarımstansiyanın yenidən qurulması (2x25 MVA)

1970-ci illərdə inşa olunan yarımstansiyada avadanlıqlar istismar müddətini başa vurmuşdu. 10+6,3 MVA gücündə olan yarımstansiya yenidən inşa edilərək 2x25 MVA gücünə çatdırılmışdır. 35/6 kv-luq yarımstansiyanın binası yenidən tikilmişdir. Qapalı tipli bu yarımstansiya xarici görünüşü ilə şəhərin arxitekturasına uyğun şəkildə inşa edilmişdir. Yarımstansiyada paylayıcı qurğular, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizə sistemi, təhlükəsizlik avadanlıqları üçün ayrıca bölmələr, həmçinin işçilər üçün yardmçı otaqlar inşaa edilmişdir. 35 kv-luq dairəvi sxemin tərkib hissəsi olan bu yarımstansiya da Mərkəzi Dispetçer Xidməti olan SCADA-ya qoşulmuşdur. Yarımstansiyanın qidalandırılması məqsədilə 35 kv-luq kabel xətti çəkilmişdir. Nobel prospektində yerləşən bir sıra obyektləri, həmçinin dənizkənarı milli parkın yeni salınacaq hissəsini və oradakı obyektləri elektrik enerjisi ilə təmin edən yarımstansiyada son texnoloji avadanlıqlardan istifadə edilmişdir.


35/6 kv-luq "Koroğlu" yarımstansiyanın tikilib quraşdırılması (2x25 MVA)

35/6 kv-luq 2 mərtəbəli yarımstansiyada 2x25 MVA gücündə transformatorlar quraşdırılmışdır. Yarımstansiyanın zirzəmisində kabelllər kanallar vasitəsilə çəkilmişdir. 1- ci mərtəbədə 6 kv-luq 4 bölmə, 2-ci mərtəbədə isə 35 kv-luq 2 bölmə quraşdırılmışdır. Personal üçün 6 otaq inşa edilmiş bu yarımstansiya qapalı tiplidir. Yarımstansiyada yerli və xarici olmaqla müasir avadanlıqlardan istifadə olunmuşdur. 35 kv-luq dairəvi sistemin tərkip hissəsi olan bu yarımstansiya da Mərkəzi Dispetçer Xidmətinə - SCADA sisteminə qoşulmuşdur. “Koroğlu” yarımstansiyası Dərnəgül yolunun genişləndirilməsi ilə əlaqədar yol infrastrukturunu, Olimpiya şəhərciyini, həmçinin Heydər Əliyev prospektində inşa olunan yeni obyektləri elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada müasir standartlara cavab verən mühafizə sistemi quraşdırılmışdır.


35/6 kv-luq 217 saylı yarımstansiyanın tikilib quraşdırılması (2x25 MVA)

Tamamilə yeni inşa olunan 35/6 kv-luq yarımstansiya 2x25 MVA gücündədir. Qapalı tipli bu yarımstansiya xarici görünüşü ilə şəhərin arxitekturasına uyğun şəkildə tikilmişdir. Yarımstansiyada paylayıcı qurğular, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizə sistemi, təhlükəsizlik avadanlıqları üçün ayrıca bölmələr, həmçinin işçilər üçün yardmçı otaqlar var. 35 kv-luq dairəvi sxemin tərkib hissəsi olan bu yarımstansiya da Mərkəzi Dispetçer Xidməti olan SCADA-ya qoşulacaqdır. Yarımstansiyanın qidalandırılması məqsədilə 35 kv-luq kabel xətti çəkilmişdir. Yarımstansiyada tamamilə yerli istehsal olan avadanlıqlardan istifadə edilmişdir. Heydər Əliyev prospekti boyunca tikilən yeni obyektlərin, səhiyyə müəssisələrinin və məişət abonentlərinin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunmaları üçün tikilən bu yarımstansiyada son texnoloji avadanlıqlardan istifadə edilmişdir.


35/6 kv-luq 208 saylı yarımstansiyanın tikilib quraşdırılması (2x25 MVA)

Tamamilə yeni inşa olunan 35/6 kv-luq yarımstansiya 2x25 MVA gücündədir. Qapalı tipli bu yarımstansiya xarici görünüşü ilə şəhərin arxitekturasına uyğun şəkildə tikilmişdir. Yarımstansiyada paylayıcı qurğular, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizə sistemi, təhlükəsizlik avadanlıqları üçün ayrıca bölmələr, həmçinin işçilər üçün yardmçı otaqlar var. 35 kv-luq dairəvi sxemin tərkib hissəsi olan bu yarımstansiya da Mərkəzi Dispetçer Xidməti olan SCADA-ya qoşulmuşdur. Yarımstansiyanın qidalandırılması məqsədilə 35 kv-luq kabel xətti çəkilmişdir. Heydər Əliyev prospekti boyunca tikilən yeni obyektlərin, səhiyyə müəssisələrinin, idman komplekslərinin və məişət abonentlərinin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunmaları üçün tikilən bu yarımstansiyada da son texnoloji avadanlıqlardan istifadə olunmuşdur.


2012
35/6 kV-luq 360 saylı y/st-nın tikilib quraşdırılması (2x10 MVA)

35/6 kV-luq «Hövsan-1» y/st Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşir. Yarımstansiyanın tikilməsində məqsəd 35/6 kV-luq 366 və 35/6 kV-luq 455 saylı həmçinin 407 saylı y/st-ların yükünün bir hissəsinin götürülməsidir. Belə ki, yarımstansiyadan Hövsan kəndi tamami ilə, Hövsan bağları və həmçinin ətrafdakı mövcud və yeni yaradılacaq obyektlər elektrik enerjisi ilə təmin ediləcəkdir.


35/6 kV-luq 102 saylı yarımstansiyanın yenidən qurulması (2x25 MVA)

35/6 kV-luq 102 saylı y/st-ya Səbail rayonu 20-ci yaşayış sahəsində yerləşir. Yarımstansiya əsasən Bibiheybət neft qaz istismar idarəsinin istehsal sahələrini, mədənləri həmçinin 20-ci yaşayış sahəsində yerləşən yaşayış evlərinin və digər müxtəlif təyinatlı obyektləri elektrik enerjisi ilə təchiz edir. Mövcud yarımstansiyanın gücü 2x3,2 MVA olmuşdur. Hal-hazırda ətrafda yeni güc tələbatının artması ilə əlaqədar və mövcud istehlakçıların daha da keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar y/st-ya yenidən tikilərək müasir avadanlıqlarla təchiz edilmiş və tr-lar daha güclüsü, (2x25 MVA) gücündə tr-la əvəz edilmişdir.


35/6 kV-luq 118 saylı yarımstansiyanın yenidən qurulması (2x25 MVA)

35/6 kV-luq 118 saylı y/st-ya Səbail rayonu 20-ci yaşayış sahəsində yerləşir. Yarımstansiya əsasən Bibiheybət neft qaz istismar idarəsinin istehsal sahələrini və mədənləri elektrik enerjisi ilə təchiz edir. Mövcud yarımstansiyanın gücü 1x4+1x3,2 MVA olmuşdur. Hal-hazırda ətrafda yeni güc tələbatının artması ilə əlaqədar və mövcud istehlakçıların daha da keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar y/st-ya yenidən tikilərək müasir avadanlıqlarla təchiz edilmiş və tr-lar daha güclüsü ilə, (2x25 MVA) gücündə tr-la əvəz edilmişdir.


Nərimanov rayonu 35/6 kV-luq 207 saylı 2x25 MVA gücündə yarımstansiya tikintisi

207 saylı y/st Nərimanov rayonunun dərnəgül qəsəbəsində yerləşir. Ətrafda mövcud olan sənaye müəssisələrini və ticarət obyektlərini elektrik enerjisi ilə təchiz edir.Y/st ötən əsrin əvvəllərindən istismarda olduğundan və avadanlıqların köhnə tipli olması ilə əlaqədar yenidən qurulması zərurəti yaranmışdır. Hal – hazırda y/st qapalı tipdə layihələndirilərək müasir tipli və daha güclü avadanlıqlarla təchiz edilib yenidən qurulmuşdur.


35/6 kV-luq "Bayraq Meydanı" yarımstansiyasının tikintisi (2x25 MVA)

Bayraq Meydanının və Bayıl yaşayış sahəsinin həmçinin dəniz kənarında yeni yaranacaq infrastrukturların elektrik təchizatının təmin edilməsi məqsədi ilə yeni 35/6 kV-luq "Bayraq Meydanı" yarımstansiyası tikilib quraşdırılmışdır.


35/10 kV-luq "Gənclik" yarımstansiyasının tikintisi (2x25 MVA)

Nəsimi və Nərimanov rayonlarının "Gənclik" metrosu və ona yaxın yeni tikintilərin, tunellərin həmçinin digər obyektlərin elektrik enerjisi ilə təmin edilməsi, 96, 227 saylı yarımstansiyalarının yükünün bölünməsi üçün yeni 35/10 kV-luq yarımstanıiyanın tikintisi başa çatdırılmışdır.


35/10 Kv-luq 100 saylı y/st


2011
35/10 Kv-luq "Dağüstü Park" yarımstansiya

Səbail rayonunun istehlakçılarının elektrik təchizatının yaxşılaşdırılması üçün yeni 35/10 kV-luq 2x16 MVA gücündə "Dağüstü Park" yarımstansiyası inşa edilmişdir. Yarımstansiyada eleqaz və vakuum müasir tipli elektrik avadanlıqları quraşdırılmışdır. Yarımstansiyanın qidalandırılması üçün "Badamdar" yarımstansiyasından 12 km uzunluğunda 35 kV-luq kabellər çəkilmiş, yarımstansiya mövcud 10 kV-luq elektrik şəbəkəsi ilə əlaqələndirilmişdir.


35/6 kV-luq 404 saylı y/st-nın yenidən qurulması

Xəzər rayonu Pirallahı qəsəbəsində yerləşir. Pirallahı qəsəbəsinin bir hissəsini və Neft sənayesinin istehsal sahələrini elektrik enerjisi ilə təmin edir. Y/st ötən əsrin ortalarından istismarda olduğundan və həmçinin y/st-nın açıq tipli olmasına görə nəmişlikdən avadanlıqlar köhnəlmiş və istismara yararsız vəziyyətə düşmüşdür. Hal – hazırda y/st qapalı tipdə layihələndirilərək müasir avadanlıqlarla təchiz edilmiş və tamami ilə yenidən qurulmuşdur.


35/6 kV-luq 406 saylı y/st-nın yenidən qurulması

Xəzər rayonu Zirə qəsəbəsində yerləşir, qəsəbənin bir hissəsini və dəniz kənarı obyektləri elektrik enerjisi ilə təchiz edir. Y/st açıq tipli olduğu üçün və uzun müddət istismarda olduğundan avadanlıqları köhnələrək istismara yararsız vəziyyətə düşmüşdür. Hal – hazırda y/st qapalı tipdə layihələndirilərək müasir avadanlıqlarla təchiz edilmiş və tamami ilə yenidən qurulmuşdur.


Keşlə qəsəbəsi, 35/6 kV-luq 249 saylı yarımstansiyanın yenidən qurulması

Y/st ötən əsrin əvvəllərində istismara verilmiş əsasən Nərimanov rayonunun sənaye obyektlərini və Keşlə qəsəbəsini elektrik enerjisi ilə təchiz edir. Y/st-nın avadanlıqları və binası köhnədir. Y/st-nın binası sökülərək qapalı tipdə yenidən tikilmiş və müasir standartlara cavab verən avadanlıqlara təchiz edilmiş 2x25 MVA tr-lar quraşdırılaraq istismara verilmişdir.


35/10 kV-luq 99 saylı yarımstansiyanın tikintisi (2x25 MVA)

99 saylı yarımstansiya ötən əsrin ortalarında istismara verilmiş və bu günün tələblərinə cavab vermir. Ətrafda yerləşən müasir tipli tikintilərlə, xarici görünüşünə görə uyğunluq yaratmaq, yeni yaranan güclərin qoşulması üçün müasir layihələr əsasında yeni qapalı tipli 35/10 kV-luq yarımstansiya tikilib quraşdırılmışdır.


35/6 kv-luq 117 saylı yarımstansiya istifadəyə verilmişdir

Nəsimi rayonu ərazisində yerləşən 35/6 kv-luq 117 saylı yarımstansiya 1968-ci ildə istismara verilmişdi. Paytaxtın Nəsimi rayonunu, həmçinin Səbail və Yasamal rayonlarının bir hissəsini elektrik enerjisi ilə təchiz edən yarımstansiyada avadanlıqlar köhnəlmiş və artan elektrik enerjisi təlabatını ödəmirdi. Bu məqsədlə yeni tikilən obyektlərin, infrastrukturların və əhali abonentlərinin elektrik enerjisinə olan təlabatlarını keyfiyyətli şəkildə ödəmək üçün yarımstansiyanın yenidənqurulmasına ehtiyac yaranmışdı. Yarımstansiya müasit tipli avadanlıqlar istifadə edilməklə tam olaraq yenidən qurulmuş, köhnə iki ədəd 15 və 16 MVA gücündə transormatorlar əvəzinə 3 ədəd 25 MVA gücündə transformatorlar quraşdırılmışdır. 117 saylı yarımstansiya şəhərin arxitekturasına uyğun olaraq, tam qapalı şəkildə 5 mərtəbədən ibarət olmaqla inşa edilmişdir. Birinci və ikinci mərəbələr yarımstansiya, digər mərtəbələr isə işçi heyətin rahat fəaliyyət göstərməsi məqsədilə xidməti otaqlar olaraq istismar olunur.


35/10 kV-luq 82 saylı yeni yarımstansiyanın tikintisi (2x25 MVA)

Binəqədi və Nərimanov rayonlarının bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, ətrafda aparılan yeni tikintilərlə əlaqədar yeni yaranmış güc tələbatının ödənilməsi məqsədi ilə 82 saylı yarımstansiyanın ərazisində müasir tipli, qapalı və daha güclü 35/10 kV-luq yeni yarımstansiyanın tikintisi başa çatdırılmışdır.


35/10 kV-luq 95 saylı yeni yarımstansiyanın tikintisi (2x25 MVA)

Yarımstansiya uzun müddət istismarda olduğundan və avadanlıqların köhnəlib müasir tələblərə cavab vermədiyi üçün və bitişik ərazilərdə tikintilər aparılması ilə əlaqədar təhlükəsizlik qaydalarının qorunması məqsədi ilə mövcud 95 saylı yarımstansiyanın ərazisində yeni, müasir, qapalı tipli tam təhlükəsiz və daha güclü 35/10 kV-luq yarımstansiyanın tikintisi başa çatdırılmışdır.


35/6 kV-luq 111 saylı yarımstansiya

Şəhərin Yasamal və Nəsimi rayonlarının böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq 111 saylı yarımstansiyada yenidənqurma işləri aparılmışdır. Yarımstansiya binası əsaslı təmir olunmuş, yeni 35 və 6 kV-luq elektrik avadanlıqları, 35/6 kv-luq 25 və 20 MVA gücündə, 35/10 kV-luq 2x25 MVA gücündə transformatorlar quraşdırılmışdır.Yarımstansiyanın ərazisində 1 km-ə yaxın 35 kV-luq. 5,8 km 6 kV-luq kabel xətləri quraşdırılmışdır.


212 saylı y/st


2010
35/6 kV-luq 2x10 MVA gücündə olan "Nardaran-1" yarımstansiyası

35/6 kV-luq 2x10 MVA gücündə olan "Nardaran-1"yarımstansiyası 1998-ci ildı istismara berilib.Nardaran qəsəbəsini,Ləhic yaşayıyış massivini və ətraf əraziləri elektrik enerjisi ilə təmin edir.Yarımstansiya muasir avadanlıqlarla təmin olunaraq tam şəkildə yenidən qurulub.Yarımstamsiya ilə 611saylı TM arasında AS-70,L=9 km xətt quraşdırılıb.Nardaran və Lahıc qəsəbələrində117 ədəd yeni KTM quraşdırılıb.Həmçinin ,35/10 kV-luq "Amburan" yarımstansiyasının qidalandırılması üçün 35/6 kV-luq "Nardaran-1"yarımstansiyasından uzunluğu 2x1,4 km olan 2 ədəd 35 kV-luq kabel xətləri çəkilib.


Buzovna qəsəbəsində yerləşən 35/6 kV-luq 486 y/st-da QPQ-nin təmir tikinti işləri

486 saylı y/st-nın 35 və 6 kV-luq QPQ-ləri əsaslı təmir olunmuş, y/st-nın ətrafında hasar tikilmişdir.


35/6 kV-luq "Zirə" yarımstansiyanın tikintisi (2x7,5 MVA)

Yarımstansiya Zirə qəsəbəsinin mərkəzində yerləşir və açıq tipli olaraq həm gücünə həmdə layihəsinə görə müasir tələblərə cavab vermədiyi üçün onun əvəzinə qapalı tipli müasir avadanlıqlarla təchiz edilmiş yeni 35/6 kV-luq yarımstansiya tikilb istismara verilmişdir.


35/6 kV-luq 489 saylı yeni yarımstansiyanın tikintisi (2x6,3 MVA)

489 saylı yarımstansiya Binə qəsəbəsinin kənarında yerləşir və qəsəbənin bir hissəsini həmçinin yaxınlıqdakı Sovxozu elektrik enerjisi ilə təchiz edir. Yarımstansiya köhnə və kiçik gücə malik olduğu üçün Binə qəsəbəsinin yeni tikililərinin və Qala qəsəbəsinin elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə yarımstansiya yenidən qurulmuş və avadanlıqlar daha müasirləri ilə əvəz edilərək istismara verilmişdir.


479 saylı yarımstansiya


35/6 kV-luq "Türkan-2" y/st-nın tikintisi

2003-cü ildən istismardadır. Yük artımını nəzərə alaraq yenidən qurulub, 10 MVA gücündə transformator quraşdırılmışdır. Bunun nəticəsi olaraq əlavə itkilərin qarşısı alınıb və istehlakçıları dayanıqlı, etibarlı elektrik enerjisi ilə təmin etməyə şərait yaranmışdır.


2009
35/10 kV-luq "Nərimanov" y/st-nın tikintisi (2x25 MVA).

Yasamal rayonunda yeni inşa edilən yaşayış binalarını və digər obyektləri elektrik enerji ilə təmin etmək məqsədi ilə gücü 2x25 mVA olan 35/10 kv-luq "Nərimanov" y/st inşa edilmişdir.


35 /2 KV-luq 485 saylı yarımstansiya

35 /2 KV-luq 485 saylı yarımstansiya yenidən qurulmuşdur.Bu məqsədlə,454 və489 saylı yarımstansiyalar arasında uzunluğu 8,7 km,454 və491 saylı yarımstansiyalar arasında uzunluğu 3,2 km təşkil edən 35 KV-luq kabelxətləriçəkilmişdir.Bundan əlavə,485 saylı yarımstansiyadan uzunluğu 1,1km olan iki dövrəli 2 KV-luq hava xətti və 2 ədəd KTM quraşdırılmışdır.Eləcə də yağ açarları,eleqaz açarları,vakum açarı quraşdırılmışdır.35 KV-luq hava xətlərinin təmirinə 12 km naqil istifadə olunmuş, 5 km uzunluğunda 35 KV-luq kabel xətti quraşdırılmışdır.
35/6 kV-luq 485 saylı yarımstansiyadan qidalanan bütün şəbəkənin 2 kV-luq gərginlikdən-6 Kv-luq gərginliyə çevrilməsi işləri başlanmışdır. 35/6 kV-luq paylayıcı qurğuların tikintisi, 14 ədəd transformator məntəqələrinin və paylayıcı qurğuların yenidənqurulması, hava xətlərinin kabel xətləri ilə əvəz edilməsi işləri yerinə yetirilmişdir.


Zığ-Qala dairəvi yolun çəkilməsi ilə əlaqədar EVX-in köçürülməsi və 35/6 kV-luq 200 saylı köhnə y/st-nın əvəzinə müasir avadanlıqlarla təchiz edilmiş 2x10 MVA gücündə yeni 200 saylı y/st-nin inşa edilməsi.

Zığ-Qala dairəvi yolunun yenidən qurulması ilə əlaqədar yolun üzərindən və yaxınlığından keçən 6 və 35 kV-luq hava xəttləri başqa yerə köçürülmüş və yeraltı kabellərlə əvəz edilmişdir.Bu məqsədlə 4 km uzunluğunda 6 kV kabel və 3 km uzunluğunda 6 kV-luq hava xətti quraşdırılmışdır.Köhnə 6 kV-luq hava xəttlərinin 235 ədəd dayağı və 5 km naqili sökülmüşdür.Yol boyu 10 ədəd komplekt transformator məntəqəsi quraşdırılmışdır. Bundan əlavə, istismara yarasız 35/6 kV-luq 200 saylı köhnə y/st-nın əvəzinə müasir avadanlıqlarla təchiz edilmiş 2x10 MVA gücündə yeni 200 saylı y/st inşa edilmişdir.


Sahil Y/St

...


20/6 kV-luq 370 saylı y/st yenidənqurulması, 20 kV-luq Suraxanı-370 kabel xəttinin tikintisi (L=1 km)

Y/st ötən əsrin əvvəllərində 1912-ci ildən istismardadır. Y/st-nın binası və avadanlıqları çox köhnə və müasir standartlara cavab vermirdi. Y/st əsasən Suraxanı rayonunun Əmircan qəsəbəsinin bir hissəsini və sənaye obyektlərini elektrik enerjisi ilə təchiz edir. Y/st-nın binası layihələndirilərək qapalı tipdə yenidən qurulmuş müasir tipli daha güclü avadanlıqlarla təchiz edilmişdir. Yarımstansiyanın qidalandıran 35 kV-luq kabel xətti çox köhnə çox saylı birləşmələri olduğundan elektrik parametrlərini itirdiyi üçün yenisi ilə əvəz olunmuşdur.


90 saylı Y/St

...


"Türkan" 35/6 kV-luq y/st-nın tikintisi.

(2x16 MVA). Türkan qəsəbəsinin elektrik təchizatını yaxşılışdırılması üçün 35/6 kV-luq 2x16 MVA gücündə müasir avadanlıqlarla təchiz edilmiş yeni "Türkan" y/st inşa edilmişdir.


Zirə Bağları Y/St

...


YS MUZEY.

...


35/10 kV-luq 116 saylı y/st-nin yenidən qurulması.

(2x25 MVA). Şəhərin mərkəzi hissəsinin ələlxüsus dövlət əhamiyyətli obyektlər elektrik enerji ilə təmin edən 116 saylı y/st-da yenidən qurma işləri aparılmışdır. Y/st-da 2x16 MVA gücündə transformatorlar 2x25 MVA gücündə transformatorlarla əvəz edilmişdir.


35/6 kV-luq "Şağan-1" y/st-nın yenidənqurulması.

(2x16 MVA). Şağan və Mərdəkan qəsəbələrinin elektrik təchizatını yaxşılışdırılması üçün 35/6 kV-luq 2x16 MVA gücündə müasir avadanlıqlarla təchiz edilmiş yeni "Şağan-1" y/st inşa edilmişdir.


35/6 kV-luq 495 saylı y/st-nın yenidən qurulması

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşir, Mərdəkan, Buzovna qəsəbələrinin bir hissəsini və həmçinin dəniz kənarı obyektləri elektrik enerjisi ilə təchiz edir. Y/st ötən əsrin əvvəllərindən istismardadır, açıq tiplidir, dənizə yaxın yerləşir. Uzun müddət istismarda olduğundan avadanlıqları köhnəlmişdir. Hal – hazırda y/st qapalı tipdə layihələndirilərək müasir avadanlıqlarla təchiz edilmiş və tamami ilə yenidən qurulmuşdur.


2008
35/6 kV-luq 431 saylı y/st-nın binalarının sökülməsi, sahəsinin düzəldilməsi, QPQ-nin tikintisi, avadanlıqların quraşdırılması.

Köhnə və istismara yararsız 431 saylı YS-nın əvəzinə müasir avadanlıqlarla təchiz olunmuş 6 və 35 kV-luq Qapalı Paylayıcı Qurğuları inşa edilmişdir. YS-da 2x20 MVA gücündə transformatorlar quraşdırılmışdır.


35/6 kV-luq "Xaşa-Xuna" y/st-nın (432 saylı Y/St) tikintisi, avadanlıqların quraşdırılması.

Qala, Xaşa-Xuna və Dübəndi qəsəbələrinin elektrik təchizatının yaxşılaşdırılması, yeni istehlakçıları elektrik enerjisi ilə təmin etmək üçün 35/6 kV-luq 2x10 MVA gücündə Xaşa-Xuna YS inşa edilmişdir.


430 saylı y/st-nın tikintisi, avadanlıqlarının quraşdırılması.

...


20/6 kV-luq 2x16 MVA-lıq transformatorlu "Sabunçu" y/st tikintisi.

20/6 kV-luq 2x16 MVA-lıq transformatorlu "Sabunçu" y/st tikintisi, elektrik avadnlıqların quraşdırma işləri. Bakı-Aeroport yolunun yenidən qurulması ilə əlaqədar 20/6 kV-luq 2x16 MVA gücündə " Sabunçu" y/st inşa edilmişdir. Y/st-da müasir tipli avadanlıqlar quraşdırılmışdır.


35/6 Kv-luq 407 saylı Y/St

...


35/6 kV-luq 226 saylı y/st-nın yenidən qurulması

35/6 kV-luq 226 saylı y/st-nın yenidən qurulması (2x25 MVA). Köhnə istismara yararsız 226 saylı YS-da müasir avadanlıqlarla təchiz olunmuş 6 və 35 kV-luq Qapalı Paylayıcı Qurğuları inşa edilmişdir. YS/t-da 2x25 MVA gücündə transformatorlar quraşdırılmışdır.


2007
35/10 kV-luq "Bilgəh" yarımstansiyasının yenidənqurulması.

2x10 MVA, 1x16 MVA.- 35/6/10 kV-luq Bilgəh y/st-nın əvəzinə yeni Bilgəh y/st-nın tikintisi Bilgəh və Nardaran qəsəbələrinin, tibb ocaqlarının və sanatoriyaların elektrik təchizatını əsaslı surətdə yaxşılaşdırmışdır. Y/st-da açıq 35 və 6 kV-luq paylayıcı qurğuların əvəzinə qapalı paylayıcı qurğuları inşa edilmiş, 35/10 kV-luq 10 MVA gücündə 2 ədəd, 35/6 kV-luq 16 MVA gücündə 1 ədəd transformatorlar quraşdırılmışdır.


120 saylı yarımstansiyasının yenidən qurulması

120 saylı yarımstansiyasında yeni 20 MVA-lıq güc transformatorunun quraşdırılması 35/6 kv-luq 120 saylı y/st-da təmir işləri aparılmışdır. Y/st-da köhnə transformatorun yerinə müasir tipli 20 MVA gücündə transformator quraşdırılmışdır.