• Azerbaijan
  • English
  • Russian

Tariximiz

 

Azərbaycan Elektrik Şəbəkəsi haqqında ümumi məlumat


        Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və Rzayev Baba Hüseynağa oğlu "Azərişıq" ASC-nin Sədri təyin olunmuşdur..

 

             Arxiv materiallarından və şəbəkədə uzun müddət işləyən şəxslərdən əldə edilən məlumatlara əsasən, 1944-cü ildən indiyədək Bakı Paylayıcı Elektrik Şəbəkəyə rəhbərlik etmiş şəxslər haqqında məlumatları diqqətinizə çatdırırıq.

 

Rzayev Baba Hüseynağa oğlu

2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. Hazırda "Azərişıq" ASC-nin Sədri vəzifəsində çalışır.

 

01 Yanvar 2002-ci ildən Avqust 2006-cı ilədək "Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" MMC idarəetməyə verilmişdir.


Rzayev İdris Cəlil oğlu 

1948-ci ildə Lənkəran rayonunun Zövlə kəndində anadan olub. Noyabr 2001-ildən-31 dekabr 2001-il dövründə Bakıelektrikşəbəkə ATSC-nin İdarə Heyyətinin sədri işləyib.

 

Pirverdiyev Etibar Sinabəddin oğlu

1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olub. İyun 2000- noyabr 2001-illər Bakıelektrikşəbəkə ATSC-nin İdarə Heyyətinin sədri işləyib. Hazırda Azərenerji ASC-nin prezidenti vəzifəsində işləyir.

 

Ələsgərov Yusif 

1964-cü ildə anadan olub. 1998-2000-ci illər Bakıelektrikşəbəkə İB-nin baş Direktoru işləyib

 

Abdullyaev İbrahim Hüseyn oğlu 

1942-ci ildə Bakı şəhərində anadan olub.1988-1998ci illər Bakıelektrikşəbəkə İstehasalat Birliyinin Baş direktoru işləyib.

 

İsayev Nəriman Agaxan oğlu 

1930-cu ildə Bakı şəhərində anadan olub. 1986-1988-ci illər Bakıelektrikşəbəkə İstehsalat Birliyinin Baş direktoru vəzifəsində işləyib N.İsayev 1988-ci ildə vəfat edib

 

Əlizadə Müseyib Əli İsgəndər oğlu 

1916-cı ildə Bakı şəhərində anadan olub. 1953-1986-cı illər Bakı elektrik şəbəkəsinin direktoru işləyib.

 

Rüstəmov Surxay 

1951-1953-cü illər Bakı şəhəri Elektrik Şəbəkəsinin direktoru işləyib.

 

Qədirov Heybət Həsən oğlu 

1949-1951-cü illər Bakı şəhəri Elektrik Şəbəkəsinin direktoru işləyib.

 

Hüseynov Pir-Məmməd Məlik Əhməd oğlu 

1919-cu ildə Bakı şəhərinin Maştaga qəsəbəsində anadan olub. 1944-1949-cu illər Bakı şəhəri Elektrik Şəbəkəsi İdarəsinin direktoru vəzifəsində işləyib. P.M.Hüseynov 1977-ci ildə vəfat edib.