Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov martın 15-də Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Kürdəmir rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Kürdəmir rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər. Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
- Cəmiyyətin prioritet istiqamətləri 01 Fevral 2024
- “Azərişıq” ASC bayramla əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 19 Mart 2024
- “Azərişiq” ASC –də elektrik enerjisi itkilərinin azaldılması üçün tədbirlər həyata keçirilir. 27 Mart 2024
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində işlərini davam etdirir. 25 Yanvar 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024