Elektrik enerjisi itkilərinin azaldılması-enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsində xüsusi əhəmiyyət kəsb edir. İtkilər, yeni və daha səmərəli transformatorların quraşdırılması, rəqəmsal yarımstansiyaların tikilməsi, paylayıcı şəbəkələrin daha yüksək gərginlikdə çalışdırılması, cərəyan daşıma qabiliyyətinin azaldıması, güclərin proporsional bölüşdürülməsi və s. kimi tədbirlər vasitəsilə azaldıla bilər. İtkilərin azaldılması yolunda mühüm bir addım Smart(ağıllı) sayğacların quraşdırılması işinin sürətləndirilməsidir, çünki bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.
İtkilərin azaldılması istiqamətində görüləcək tədbirlərdən biri də Rəqəmsal şəbəkə elektrik təchizatının etibarlılığının, səmərəliliyinin və keyfiyyətinin yaxşılaşdırılması üçün paylayıcı şəbəkənin real zaman rejimində monitorinqi və idarə olunmasına imkan verən qabaqcıl nəzarət-idarəetmə və yüksək sürətli telekommunikasiya texnologiyalarının tətbiqinə əsaslanır. Rəqəmsal şəbəkə texnologiyaları və vasitələri paylayıcı şəbəkələrin optimallaşdırılması işlərini növbəti, yüksək mərhələyə keçirmək üçün yeni imkanlar yaradır.
Bütün bu işlərin nəticəsi olaraq “Azərişiq” ASC üzrə texniki itki 8,6 %-ə endirilmişdir.Gələcək dövrlərdə də enerji itkilərinin azaldılması, həmçinin müasir texnologiyaların və innovativ metodların tətbiqinin təşviqi istiqamətində “Azərişiq” ASC tərəfindən işlər davam etdiriləcəkdir. Növbəti illər ərzində istismar müddətini bitirmiş elektrik sayğaclarının yenisi ilə əvəz olunmasında, həmçinin yeni quraşdırılan sayğaclarda Smart(ağıllı) sayğacların faiz nisbətinin artırılması istiqamətində işlər aparılacaqdır.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026
- Paytaxt və ətraf ərazilərin bir hissəsində fasilə yaranacaq 20 Aprel 2026
- Lerikin bu ərazilərində fasilə yaranacaq 06 Aprel 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 01 May 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026