Cənab prezident İlham Əliyevin tapşırıqlarına əsasən regionlarda elektrik təsərrüfatını yeniləyən “Azərişıq” ASC Lənkəranın daha 5 kəndində – Viravul, Daştatük, Girdəni, Separadi və Gərmətükdə yenidənqurma işlərini davam etdirir.
Yenidənqurma işləri çərçivəsində adı çəkilən kəndlər arasında 4 min nəfərə yaxın sakini olan Viravul kəndində köhnə, sovet dövründən qalma dayaqlar yeni və müasirləri ilə əvəz edilir. İstismar müddəti başa çatmış açıq naqillərin yerinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Ümumilikdə, kənddə 30 km-dən çox müasir elektrik xəttinin çəkilişi nəzərdə tutulur. Köhnə sayğaclar həyətyanı sahələrdən çıxarılaraq əvəzində müasir standartlara cavab verən yeni sayğaclar qoşulur.
Kənddə son 30 ildə əhali sayının artımı da nəzərə alınaraq yenidənqurma işləri çərçivəsində yeni transformator məntəqələri inşa olunur. Mövcud transformatorlarla yanaşı əlavə olaraq, 6 güc mənbəyi quraşdırılacaq. İşlər yekunlaşdıqdan sonra kənd sakinləri dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmaqla yanaşı, elektrik enerjisi itkisinin qarşısı da alınacaq.
Yaxın vaxtlarda isə şəhər mərkəzində yüksək gərginlikli xətlərin yenisi ilə əvəz olunmasına başlanacaq. Elektrik təsərrüfatının yenilənməsi nəticəsində ümumilikdə, 2 min 500-ə yaxın abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. Xatırladaq ki, 53 min 400 abonenti olan Lənkəranda 2015-ci ildən 30 kənddə kabelləşmə işlərinə start verilib. Bunlardan artıq 17-si tam, 8-i isə qismən kabelləşdirilib.
Yenidənqurma işləri Lənkəranla yanaşı, investisiya proqramına uyğun olaraq ölkənin bütün regionlarında, ən ucqar kənd və qəsəbələrdə də mərhələli şəkildə həyata keçirilir.
Digər xəbərlər
- “Azərişiq” ASC Ağcabədidə sahibkarlarla görüş keçirib 12 Yanvar 2024
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. 09 Aprel 2024
- Müasir tələblərə cavab verən elektroenergetiklərin hazırlanması “Azərişıq” ASC-nin ümdə vəzifələrindəndir 06 Avqust 2024
- Məişət abonentlərinin hesablaşma elektrik sayğacları harada və necə quraşdırılmalıdır 11 İyun 2024
- Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması “Azərişıq” ASC–nin prioritet istiqamətlərindən biridir. 09 Sentyabr 2024