Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 21-də bəzi rayonların elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində bir sıra 0.4 kV-luq dayaqlar yenisi ilə əvəz olunacaq. Bu zaman Bulaqotağı, Ərəb, Qobuüstü kəndlərinin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bərdə EŞ-yə daxil olan 10 kV-luq 1 saylı kənd hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək rayonun Bəcirəvan və Lənbəran kəndlərini əhatə edəcək.
Göyçay EŞ ərazisində 10 kV-luq "Broyler" və 1-ci kənd hava xətlərində aparılacaq təmir işləri zamanı Cəyirli, Çayarxı, Kürdəmiş və Mirzəhüseynli kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Yevlaxda 10 kV-luq "Rüstəmli" hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək rayonun Qaraməmmədli və Rüstəmli kəndlərində enerjinin verilişində fasilə yaranacaq.
Tərtər EŞ-yə daxil olan 35/10 kV-luq "Dəmirçilər" yarımstansiyasında yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Ağkənd, Bəyimsarov, Bildirçinli, Borsunlu, Cəmilli, Dəmirçilər, Kövdadıq, Rəcəbli və Sarov kəndlərinin bəzi hissələrində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb 19 İyun 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- Bakı və Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 22 İyun 2026
- Bakı, Abşeron və Yardımlının bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026