“Azərişıq” ASC Novruz bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib. Cəmiyyət bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrmizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.
Həmçinin, abonentlərimiz bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar. İstehlakçı məmnuniyyəti əsas hədəfimizdir. Bir daha xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirik!
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 12 May 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 03 Fevral 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- Bakı, Abşeron və Yardımlının bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026