Dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində trassa “Azərişıq” ASC-nin hava xətləri ilə kəsişir. Bununla əlaqədar olaraq 6 noyabr tarixində saat 11:00-dan 14:00-dək Salyan və Sabirabad rayonlarının Salmanlı, Cəngan, Muğangəncəli, Çiçəkli, Qaraçala, Çadırlı, Pambıqkənd, Bəşirbəyli, Yolüstü, Varlı 1-2, Düzənlik, Peyk, Uluxanlı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri tamamlandıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 03 Mart 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 13 May 2026