Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq Mayın 14-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:30-dan 13:00-dək Dilarə Əliyeva, Puşkin küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Eyni zamanda mayın 14-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 15:00-dək Şüvəlan qəsəbəsi Gülçülük sovxozu yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Sumqayıt Elektrik Şəbəkəsinə (EŞ) daxil olan yüksək gərginlikli hava xətlərində təmir işi aparılacaq. Beləliklə, saat 11:00-dan 14:00-dək Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağları yaşayış massivi və Stansiya Sumqayıt ərazisinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə olacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 11 İyun 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 10 İyun 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Nizami və Nəsimi rayonlarının bu ərazilərində fasilə yaranacaq 24 May 2026
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026