Quba Elektrik Şəbəkəsinin (EŞ) bir sıra ərazilərində 6kV-luq Quba Paylayıcı Qurğusunda (PQ) həyata keçiriləcək yenidənqurma işləri ilə əlaqədar dekabrın 4-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 16:00-dək rayonun Dağlı kəndi, Qırmızı Qəsəbə qəsəbəsi, Quba şəhər meydanının yuxarı hissəsi, Heydər Əliyev prospekti, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Ərdəbil, Əliqulu Nərimanov, 20 yanvar, Memar Əcəmi, Səməd Vurğun, Tuti Bikə, Nəriman Nərimanov, Qasım İsmayılov, Sülh küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026
- Biləsuvar və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 05 Yanvar 2026
- Elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi proseduru “Azərişıq” ASC tərəfindən davam etdirilir 13 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində tədbirlər mütəmadi həyata keçirilir 05 Fevral 2026